Gəncədə II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı keçirilib - Fotolar

Gəncədə II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı keçirilib - Fotolar
18 oktyabr 2021
# 18:35

Oktyabrın 18-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Sarayının, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə II Beynəlxalq Vokalçılar Festivalı keçirilib.

Konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, və şəhər ictimaiyyəti iştrirak ediblər. Gəncə İH-dən APA-ya verilən məlumata görə, əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konserti giriş sözü ilə açan Vasif Cənnətov tədbir iştriakçılarını 18 oktyabr-Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbrik edib. O qeyd edib ki, II Beynəlxalq Vokalçılar Festivalında Gəncə şəhərindən, Samux, Tovuz, Ağstafa rayonlarında olan 22 vokalçı iştirak edir. Festivalda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, eləcə də dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin sözlərinə yazılmış mahnı və romansları da təqdim ediləcəyini vurğulayıb. O, eyni zamanda bildirib ki, bu festivala 2021-ci ildən Beynəlxalq statusu verilib və bu da Azərbaycanın vokal musiqisinə verilən ən böyük töhfədir.
Konsertdə Xalq artisti Rafael Bayramovun baş dirijorluğu ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri çıxış edib. Proqramda dünya şöhrətli bəstəkarlar Ü.Hacıbəyli, F. Əmirov, Niyazi, M. Maqomayev, T.Quliyev, A.Zeynallı, C.Verdi, R.Loretti, L.Arditi və başqalarının əsərləri səsləndirilib. Xalq artisti Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, beynəlxalq müsabiqələr laureatı Fuad Muradov, solistlər Tural Abdullayev, Rüstəm Cəfərov və digər peşəkar səhnə ustalarının ifası tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Festivalda Respublikanın Xalq artisti Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova, Beynəlxalq müsabiqələr laureatları Fuad Muradov, Nəzrin Zeynalova, Altun Süleymanov, Bayram Həsənov, İslam Əlizadə, eləcə də digər solistlər Cəlal İsayev, Rəhman Quliyev, Sevda Qafarova , Qaya Nəsibzadə, Cavidan İsayev, Günel Hacıyeva, Zeynəb Abdullayeva, Elmir Pişnamazzadə, Rövşən Quliyev, Vasif Bayramov, Rüstəm Cəfərov çıxış ediblər.

Festival solistlər Vasif Bayramovun və Rüstəm Cəfərovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə sona çatıb.

# 2895 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər