Gənc yaşda qardaşını itirdi, qızıllarını və pullarını oğurladılar, həmkarını döydü – Məşhur müğənni kimin əlini öpüb bağışlanmasını istədi?

Gənc yaşda qardaşını itirdi, qızıllarını və pullarını oğurladılar, həmkarını döydü – Məşhur müğənni kimin əlini öpüb bağışlanmasını istədi?
28 noyabr 2022
# 12:18

Kulis.az tanınmış müğənni Xatun Əliyeva haqqında maraqlı faktları təqdim edir.


Nərgiz Aydın qızı Əliyeva 1977-ci il noyabrın 28-də Bakı şəhərində anadan olub. 2002-ci ildə Tibb Kollecini bitirib. Buna baxmayaraq, o, tibb bacısı yox, müğənni olmaq istəyib. Vaxt keçdikcə, Xatun təxəllüsünü seçmiş Əliyeva Konservatoriyada Ofeliya adlı xanımdan vokal dərsləri alır, musiqi sahəsində bilgilərini artırır. Bundan sonra tanınmış müğənnilərlə el şənliklərinə gedir.

***

Peşəkar səhnəyə gəlməsində isə prodüsser Rəhman Əliyevin rolu olur. Onunla iş birliyi qurur. 12 mahnıdan ibarət albom yazdıraraq, böyük səhnəyə çıxır.

İlk vaxtlarda iki klip çəkdirsə də, ilk klipinə qadağa qoyulur. Həmin klipi rejissor Aqil M.Quliyev çəkib. İkinci klipi isə Rəhman Əliyev tərəfindən çəkilir. “Qayıt gülüm” adlı mahnıya çəkilən klip 2007-ci ildə efirlərdə nümayiş olunmağa başlayır. Müğənninin mahnıları artıq radio dalğalarında səslənir, ard-arda yeni mahnılar üzərində işləyir.

***

Xatunun “Səndən ötrü” klipi hit olur. Klip 2007-ci ildə tamaşaçılara təqdim olunur. Zaman keçdikcə, müğənni maqazin verilişlərində, efirlərdə tez-tez görünür. “Qara nöqtə”adlı klipi işıq üzü görür. 2008-ci ildə “Limitin bitdi” albomunu çıxarır. Albomda 15 mahnı yer alır. Bir-birinin ardınca, “Tənhayam”, “Çıxma qarşıma”, “Xanım Xatun” , “Sən gəlmədin” , “Aramadın” mahnıları məşhurluq qazanır. “Qaynana” mahnısı isə müğənnini daha da populyar edir.

Xatun bir dəfə ailəli olub. On səkkiz yaşında ərə gedən müğənninin Cəsur adlı oğlu dünyaya gəlir. Ancaq bir müddət sonra müğənni həyat yoldaşından ayrılaraq oğlu ilə birgə yaşamağa qərar verir. Bu haqda o, müsahibələrinin birində deyir:

“1994-cü ildə XI sinfi qurtaran kimi uzaq qohum mənə elçi gəldi. Sonra ailə qurdum, övladım oldu. Oğlum olandan sonra, oxumaqdan söhbət gedə bilməzdi. 5 ilə yaxın ailəli oldum. Xasiyyətimiz tutmadığına görə ayrıldıq. Bəlkə məndə də günah var idi. İki insan ayrılırsa, bu, birtərəfli ola bilməz. İkisində də günah olur. Erkən yaşda ailə həyatı qurdum deyə, uşaq idim deyə psixologiyam bəlkə də hazır olmadığı üçün ailə həyatına uyğunlaşa bilmirdik. Maddi vəziyyətimiz çox gözəl idi, əla idi. Amma ayrıldığıma peşman deyiləm".

***

Xatun eyni zamanda ölkədən kənar Rusiyada, Türkiyədə, İsveçrədə baş tutan konsertlərdə çıxışlar edir. Onu digər müğənnilərdən fərqləndirən cəhət parodiya qabiliyyətinin olmasıdır. Bu parodiyalar həmkarları arasında bəzi narazılıqlar yaradıb. Könül Kərimovanə parodiya etməsi isə iki müğənni arasında narahatlıq doğurub. Könlü Kərimova verilişlərin birində olan zaman Xatun əlində gül dəstəsi ilə canlı efirə daxil olub, Könülün əlindən öpərək onu bağışlamasını istəyib.

Müğənniliklə yanaşı, aktrisalığı da bacaran Xatun bir neçə serialda rol alıb. Flmlərə çəkilmək üçün təkliflər gəlib.

***

Adı bir çox müğənnilərlə qalmaqalda hallanan Xatun 28 yanvar 2018-ci ildə rəqqasə Fatimə Fətəliyevanı döyür. Hadisə rəqqasəyə məxsus məkanda baş verir. Tərəflər arasında münaqişə Xatunun da xına evi açıb əlli faiz endirim etməsindən sonra yaranır.

***

2014-cü ilin mart ayında Novruz bayramı çəkilişləri səbəbindən müğənninin çantasında bahalı zinət əşyalar, brend aksesuarlar, şəxsiyyət vəsiqəsi, 2 min ABŞ dolları, eləcə də bahalı telefonu və bank kartları olur. Hadisə Bakının Nərimanov rayonunda yerləşən “Çanaqqala” restoranı ərazisində baş verir. Belə ki, oğrular avtomobilin arxa oturacağının sağ şüşəsi sındırıb içəridən Xatuna məxsus olan iki əl çantasını götürüb qaçırlar.

2021-ci ilin fevral ayında müğənninin qardaşı stilist Balaş 38 yaşında beyin xərçəngindən dünyasını dəyişir. Bir müddət sonra efirlərə çıxan müğənni deyir:

“Torpağın üzü soyuqdur. Bax, sənsiz yaşayıram. İçimdəki suallarla, hisslərlə, kaşkilərlə mübarizə aparıram. Baxışların, mərhəmətli üzün, gözəl fikirlərin, bizi əzizləyən şirin dilin, sehrli əllərin və ən əsas nəfəsin üçün darıxıram. Ailən uğrunda yandın, kül oldun. Gənc yaşında çox yükün oldu, üzərinə məsuliyyət götürdün. Başa düşmədən yorduq, düşünmədən tələb etdik. Heç “yox” demədin. İnşallah ki, rəbbim səni cənnətə aparıb. Çünki bu həyatda yaxşı insan oldun. Ona görə hər kəs sənə göz yaşı tökdü, rəhmət oxudu, yaxşılıqlarından danışdı. Bu hər insana nəsib olmur. Əfsanə kimi gəldin, elə də getdin”. O elə bir boşluqdur ki, heç zaman dola bilməz. Qardaşım mənim dünyam idi, dünyam dağılıb. Ömrümün sonuna kimi də bu acı mənim içimi yandırıb-yaxacaq. Yaşadığım müddətcə Balaş mənimlə yaşayacaq. Balaş rəhmətə gedəndən sonra rəngim gedib. Heç zaman bir daha gözəl olmayacağam. Çünki qardaşım məni öz yanaşması, bəzəməyi ilə, əzizləməyi ilə, gözəlləşdirirdi”.

Müğənninin 25 yaşlı oğlu Cəsur ötən ay sevdiyi xanımla nişanlanıb.

# 15317 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bəyanat yaydı

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bəyanat yaydı

20:35 27 yanvar 2023
Arif Babayevin şəxsi arxiv fondu yaradıldı

Arif Babayevin şəxsi arxiv fondu yaradıldı

18:50 27 yanvar 2023
Mirzə İbrahimovun “Gələcək gün” romanının qəhrəmanı ilə bağlı məqaləsi

Mirzə İbrahimovun “Gələcək gün” romanının qəhrəmanı ilə bağlı məqaləsi

18:00 27 yanvar 2023
Emil Quliyev “IV Müasir Audiovizual Baxış”  mükafatının qalibi oldu

Emil Quliyev “IV Müasir Audiovizual Baxış” mükafatının qalibi oldu

17:20 27 yanvar 2023
“El adamı” sənədli filminin premyerası olub

“El adamı” sənədli filminin premyerası olub

16:40 27 yanvar 2023
Azər Əkbərov vəfat etdi

Azər Əkbərov vəfat etdi

15:50 27 yanvar 2023
# # #