Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır

Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır
8 sentyabr 2023
# 12:29

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Jan Anuyun "Antiqona" əsəri əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb.

Dünyanın bir çox səhnələrində hazırlanan əsərin quruluşcu rejissoru Əməkdar artist Nofəl Vəliyev, rəssamı Telman Şıxıyevdir. Rəqs və plastik həll isə Ceyhun Dadaşova aiddir.
1943-cü ildə, ikinci dünya müharibəsinin düz ortasında qələmə alınan "Antiqona" pyesi bütün dövrlərlə səsləşən, zamanın tələbindən irəli gələn əsərdir. Böyük Edipin ölümündən sonra oğlanları Etokl və Polinik növbə ilə ölkəni idarə etməlidilər. Etokl hökmranlıq müddətini başa çatır. O, hakimiyyəti qardaşı Polinika verməkdən imtina edir. Polinik öz tərəfdarlarını yığıb qiyam edir. Onlar hər ikisi döyüşdə həlak olur. Əmiləri Kreon şah elan olunur. Kreon Etoklı böyük təntənə ilə dəfn etdirsə də, qiyamın təşkil edən Polinikin cəsədini qurd-quşa yem olması üçün şəhər meydanının ortasına atır. Onu dəfn etməyə cəhd edən hər bir kəs ölümə məhkum olunacaq. Bu cəhdi Polinikin kiçik bacısı Antiqona həyata keçirmək istəyir. O, keşikçilər tərəfindən tutularaq şah Kreonun yanına gətirilir. Kreon Antiqonanı iki seçim qarşısında qoyur. O, ya ölümü qəbul etməli, ya da bu işi etməyib sağ qalmağı seçməlidir. Antiqona isə qardaşını dəfn etməklə ölümü seçir.

Antiqona öz seçimi ilə azadlığını bəyan edir. O, həm də həyatda insani davranışın, qardaşına, doğmalarına qarşı borc faktorunun olmasının vacibliyini göstərir. Müəllif bu əsərində dünyanın Antiqona, onun bacısı İsmena kimi insanlara görə var olmasını bir daha vurğulayır.

Premyerası bu ilin noyabr ayı üçün nəzərdə tututlan tamaşada Əməkdar artist Güşvər Şərifova, aktyorlar Kərəm Hadızadə, Aygün Fətullayeva, Anar Seyfullayev, Rəşad Səfərov, Hilal Dəmirov, Şəbnəm Hüseynova, Fəridə Qurbanova, Ramiq Nəsirov, İlhan Sadıqov, Nurlan Süleymanov, Ümman Budaqov iştirak edirlər.

# 2450 dəfə oxunub

Oxşar xəbərlər

Həbsxanadan rejissorluğa:  “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

Həbsxanadan rejissorluğa: “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

18:00 26 oktyabr 2026
“Zaman səyyahının arvadı”  romanının müəllifinin yeni əsəri çap olundu

“Zaman səyyahının arvadı” romanının müəllifinin yeni əsəri çap olundu

17:30 26 oktyabr 2026
75 min dollarlıq  mükafatın qalibi açıqlandı

75 min dollarlıq mükafatın qalibi açıqlandı

17:00 26 oktyabr 2026
BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

16:30 26 oktyabr 2026
Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

16:00 26 oktyabr 2026
Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər