Gedin ayrı yerdə hoppanın - Aqil Abbas yazır...

Aqil Abbas, yazıçı

Aqil Abbas, yazıçı

3 oktyabr 2022
# 14:30

Kulis.az Aqil Abbasın yeni yazısını təqdim edir.

Məlum və məşhur video geniş əks-səda doğurub. Xüsusilə də, sosial şəbəkələrdə. Əsgərlərimizin tərəfini saxlayanlar da çoxdu, yamanlayanlar da.

Əvvəla, müharibə görməyən, müharibəni qəzetlərdə və ya televiziyalarda izləyən döyüşdə əsgərin keçirdiyi hissi, düşdüyü stress vəziyyəti heç cür anlaya bilməz. Bəlkə, erməniləri güllələyən əsgərlərin Xocalıda və ya Ağdabanda, Qaradağlıda atasını, anasını, bacısını, qardaşını güllələyən, işgəncə verən erməni vəhşiliyindən, faşizmindən xəbərsizsiniz? Bəlkə, o əsgərlərdən birinin, ya bir neçəsinin qardaşının başının erməni qibləsinə (Qarabağda belə bir ifadə var: «Başını erməni qibləsinə kəsərəm») kəsilməyindən xəbəriniz yoxdu? Mən ana tanıyırdım, əsirlikdə olanda gözünün qabağında oğlunun başını kəsmişdilər. Ana da havalanmışdı.

O da düzdür ki, erməni vəhşiliyini dünya görmək istəmir, amma bizim əsgərlərin kiçik bir səhvi dərhal dünyada əks-səda yaradır. Yəni ermənilərin aftafa götürənləri çoxdu. Ən pisi odur ki, bizim içimizdə də belələri var.

Müharibə müharibədi, o heç bir qanuna tabe deyil.

İkincisi, bu video köhnə bir videodu. Hətta film mütəxəssislərindən soruşdum, bildirdilər ki, videonun üzərindəki səslər sonradan yazılıb.

Üçüncüsü, müharibədə əlini qaldırıb təslim olan əsir sayılır. 10 noyabr Bəyannaməsindən sonra əsgərlərimizə atəş açan, diversiya üçün gələnlər əsgər sayılmır, terrorçu sayılır. Dünyanın heç bir yerində terrorçu əsir götürülmür. Bu da dünyanın qanunudu.

Dördüncüsü, sənin mənim evimdə nə itin azıb ki, mən də səni "mırdaxes" edim? Evə quldurluğa girənləri ev sahibi öldürürsə, bu, özünümüdafiə adlanır. Ermənilər də bizim evlərə quldurluğa giriblər.

Beşincisi, bu video ermənilər tərəfindən çəkilmiş təxribat da ola bilər. Ona görə də bizim əsgərlər kimi təqdim olunanların heç birinin sifəti görünmür, yalnız səsləri eşidilir. Amma o səslərin içində bir söyüş adamın canına sarı yağ kimi yayılır, yazmıram eldən ayıbdı.

İndi prokurorluq araşdırır. Araşdırmadan sonra hər şey məlum olacaq.

Altıncısı, içimizdəki aftafa götürənlər, əsgərlərimizi və ordumuzu aşağılamayın. Əgər bu videoda göstərildiyi kimi, bu bizim əsgərlərin işidirsə və hadisə 10 noyabr Bəyannaməsindən sonra baş veribsə, əllərinin içindən gəlib.

Sayım, bəsdi?

# 4049 dəfə oxunub

Oxşar xəbərlər

Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər