Frankfurtda ölkəmizlə bağlı kitablar oxuculara təqdim olunub

Frankfurt kitab sərgisi

Frankfurt kitab sərgisi

26 oktyabr 2021
# 14:10

Frankfurt kitab sərgisində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin stendində tədbir keçirilib.

Kulis.az xəbər verir ki, beynəlxalq “İrs” nəşriyyatının görkəmli Azərbaycan publisisti Musa Mərcanlının ideyası və rəhbərliyi ilə Azərbaycan, rus və ingilis dillərində dərc edilmiş “Qobustan - minilliklərin yaddaşı”, İçərişəhər tarixi haqqındakı “Qədim qalanın yuxuları”, Təbriz miniatür məktəbinə həsr edilmiş “Təbrizin sehrli nağılları” kitablarını yazıçı Vüqar Dəmirbəyli tədbirdə iştirak edən qonaqlara təqdim edib. Ardınca isə V.Dəmirbəyli “İrs” nəşriyyatının Qarabağa aid çapdan buraxdığı kitablardan danışıb, bu sıradan olan “Qarabağ - əsrlərin salnaməsi”, “Qarabağın qara kitabı” və Qarabağın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad olunmasına həsr edilmiş “Zəfər salnaməsi” kimi nəşrlərini sərgi iştirakçılarının diqqətinə çatdırıb. Bundan sonra məruzəçi Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının tarixindən və hazırkı inkişafından bəhs edən Matthias Dornfeldt və Enrico Seevaldın “Deutschland und Aserbaidschan” kitabından danışıb, ölkəmizin maarifçilik ənənələrini tanıtmaq məqsədilə Cəlil Məmmədquluzadənin Bakı kitab klubunun Azərbaycan və alman dillərində dərc etmiş olduğu hekayələrini nümayiş etdirib. Sonda isə “İrs” nəşriyyatı V.Dəmirbəyli “İrs” jurnalının əsasən Qarabağ mövzusuna həsr olunmuş sonuncu nömrəsini gələnlərə təqdim edib.

Tədbirdə tanınmış muğam ustası Zahid Quliyevin oğlu Atəş Quliyevin kamançada müşayiəti ilə ifası sərgi iştirakçılarını valeh edib. Alman müğənnisi Dagmar Kuhn isə Azərbaycan dilində bir neçə mahnı ifa edərək, ölkəmizin necə zəngin mədəniyyətə malik olmasını bir daha vurğulayıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin rəhbəri Akif Maarifli, onun müavini İslam Məmmədov, şöbənin aparıcı baş məsləhətçisi Lalə Məmmədova tədbirin təşkilinə və keçirilməsinə böyük dəstək verib, həm də burada yaxından iştirak ediblər.

# 2534 dəfə oxunub

Oxşar xəbərlər

Marina Abramoviçin  80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

Marina Abramoviçin 80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

18:39 18 noyabr 2026
ADU-da  “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə”  adlı tədbir keçirildi

ADU-da “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə” adlı tədbir keçirildi

17:42 18 noyabr 2026
Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

17:19 18 noyabr 2026
Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

16:46 18 noyabr 2026
Harvard  150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın  qalıqlarını qaytardı

Harvard 150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın qalıqlarını qaytardı

16:17 18 noyabr 2026
Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

15:44 18 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər