Firudin Məhərrəmovun 65 illik yubiley tədbiri keçirildi

Firudin Məhərrəmovun 65 illik yubiley tədbiri keçirildi
1 oktyabr 2024
# 16:56

Sumqayıt Dövlət Dram Teatrı rəhbərliyinin təşəbbüsü ilə sənət ocağında teatrın baş rejissoru, respublikanın Xalq artisti, iki dəfə Qızıl Dərviş mükafatı laureatı, Sənətkar və Tərəqqi medalçısı, Prezident mükafatçısı Firudin Məhərrəmovun 65 illik yubiley tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, birinci hissədə teatrın foyesində yazıçı-dramaturq Hafiz Ataxanlının Firudin Məhərrəmovun yaradıcılığını əks etdirən “Altıncı hücrənin remarkası” kitabının təqdimat mərasimi baş tutub.

Şair, əməkdar mədəniyyət işçisi, professor Rafiq Yusifoğlu, yazıçı-ssenarist, əməkdar jurnalist Eyruz Məmmədov, Sumqayıt şəhər İcra hakimiyyəti yanında ictimai-şuranın sədri, yazıçı-esseist Hümbət Quliyev, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Mahmud Kaşqari mükafatı laureatı, şair İbrahim İlyaslı, “Xalq qəzeti”nin şöbə müdiri, əməkdar jurnalist, şair Əli Nəcəfxanlı, əməkdar mədəniyyət işçisi, xalçaçı rəssam Fazil Abbasquluzadə, şair Xaqani Abbasəli Öztürk və başqaları Sumqayıtın ədəbi və teatr mühitinin zənginliyindən, sənətə, sənətkara həsr olunmuş kitabın məziyyətlərindən danışıb, yubilyara yaradıcılıq uğurları arzulayıblar.

Sonda tədbirin moderatoru, əməkdar artist Cəlal Məmmədov kitabın müəllifi Hafiz Ataxanlını və yubilyar Firudin Məhərrəmovu mikrafon önünə dəvət edib.

Çıxışçılar kitabın ərsəyə gəlməsində və yubiley tədbirinin gerçəkləşməsində göstərdiyi diqqət və dəstəyə görə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcova minnətdarlıqlarını bildiriblər.

Yubiley proqramı əməkdar artistlər İlahə Səfərovanın və Cəlal Məmmədovun moderatorluğu ilə başlayıb.
Sumqayıt Dövlət Dram Teatrının truppasının musiqili təbrikindən sonra monitorda F.Məhərrəmovun həyat və yaradıcılığı haqqında tanıtım xarakterli videoçarx göstərilib.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Xalq artisti, Şöhrət ordenli rejissor Cənnət Səlimova, Akademik Milli Dram Teatrının nümayəndələri Xalq artisti Sabir Məmmədov, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, Bakı Bələdiyyə Teatrının baş rejissoru Mərahim Fərzəlibəyov, truppa müdiri İsmayıl Atakişiyev, Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan .

Uzun illər Sumqayıt Dövlət Dram teatrında çalışmış Xalq artisti Valeh Kərimov təbriklərini çatdırıblar.
Eyni zamanda qısa səhnəciklər oynanılıb. Natiq Məmmədov, Elay Xasıyev və Şəmistan Muradxanlı maraqlı musiqi nömrələri ifa edib.
Sumqayıt Dövlət Dram Teatrının gəncləri xüsusi nömrə ilə yubilyarın qarşısına çıxıb. Teatrın rəssamı Firudin Məhərrəmovun portretini hədiyyə edib. Sonda söz yubilyara verilib.

Xalq artisti bu möhtəşəm yubiley tədbirinin gerçəkləşməsində əməyi olan direktor Samir Şəfiyevə, ssenari müəllifi Hafiz Ataxanlıya, quruluşçu rejissor Ümid Abbasa və əlbəttə, aktyorlara təşəkkürünü bildirib.

# 1672 dəfə oxunub

Oxşar xəbərlər

“Vienna Charity Ball Baku” xeyriyyə balının ikinci mövsümü keçiriləcək

“Vienna Charity Ball Baku” xeyriyyə balının ikinci mövsümü keçiriləcək

17:23 10 fevral 2026
Şagirdin müəllimini güllələməsinin əsl səbəbləri üzə çıxdı - VİDEO

Şagirdin müəllimini güllələməsinin əsl səbəbləri üzə çıxdı - VİDEO

15:54 10 fevral 2026
Sevgilisinə görə Nobeldən imtina etdi - Dahi şairin son günlərindəki dəhşətli etirafları

Sevgilisinə görə Nobeldən imtina etdi - Dahi şairin son günlərindəki dəhşətli etirafları

15:30 10 fevral 2026
İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

15:00 10 fevral 2026
Professor Tofiq Hacıyev:  "Ortaq türk dilini yaratmaq olar, amma..." - Müsahibə

Professor Tofiq Hacıyev: "Ortaq türk dilini yaratmaq olar, amma..." - Müsahibə

14:40 10 fevral 2026
“Prezidentə sui-qəsd” kitabının təqdimatı keçiriləcək

“Prezidentə sui-qəsd” kitabının təqdimatı keçiriləcək

14:01 10 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər