Filipp Kirkorov axtarışa verildi - Səbəb

Filipp Kirkorov axtarışa verildi - Səbəb
15 noyabr 2024
# 12:30

Rusiyanın Xalq artisti Filipp Kirkorov "Rolls-Royce" avtomobilində 30-dan çox ödənilməmiş cəriməyə görə məhkəmə icraçıları tərəfindən axtarışa verilib.

Kulis.az xəbər verir ki, müğənni avtomobili ilə ötən ilin dekabrından bəri 31 yol hərəkəti qaydasını pozub. Qanun pozuntularının siyahısına bunlar daxildir: sürət həddinin aşılması, nişanlanma tələblərinin pozulması və yanlış yerdə parklanma.

Nəticədə, Kirkorovun ödəməyi unutduğu 24 min rubl (təxminən 408 manat) cəriməsi olub. Filipp hər zaman avtomobilin arxa oturacağına oturub, cangünənini öndə əyləşdirməyi seçib.

Buna görə də məhkəmə icraçıları icra işləri açıb və onun bahalı maşını ilə gəzməsinə qadağa qoyub.

Daha əvvəl məlum olub ki, Federal Vergi Xidməti müğənninin geyim mağazası və yaradıcılıq mərkəzinin hesablarını mövcud vergi borclarına görə bloklayıb.

Kanal bir müddət sonra müğənninin bu sabah cərimələri ödədiyini əlavə edib.

# 2754 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər