Filarmoniyada COP29-a həsr edilmiş konsert keçirildi

Filarmoniyada COP29-a həsr edilmiş konsert keçirildi
18 noyabr 2024
# 13:50

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş konsert keçirilib.

Kulis.az xəbər verir ki, konsert bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə baş tutub. Solistlər Səid Məmmədov (skripka) və İrina Mehdiyeva (piano) olublar.

Konsert proqramına klassik musiqi şedevrləri və müasir musiqi ənənələrini ahəngdar şəkildə birləşdirən Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri - Cakomo Puççininin “Xrizantema”, Klod Debüssinin “Ay işığı”, Vaqif Mustafazadənin “Mart”, Antonio Vivaldinin “Fəsillər” silsiləsindən “Qış”, Astor Piazzollanın “Fəsillər” silsiləsindən “Bahar” əsərləri daxil edilib.

# 1819 dəfə oxunub

Oxşar xəbərlər

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

18:10 22 sentyabr 2026
Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər