Fərdi Tayfurun vəsiyyəti açıqlandı, qızı etiraz etdi

Fərdi Tayfurun vəsiyyəti açıqlandı, qızı etiraz etdi
7 fevral 2025
# 13:36

Yanvarın 2-də dünyasını dəyişən Fərdi Tayfurun vəsiyyəti açıqlanıb.

Kulis.az xəbər verir ki, Şirin Gözalıcı əmisi Fərdi Tayfurun mallarının bir hissəsini Türkiyə Silahlı Qüvvələrinə, Darüşşafaka Vəqfinə və LÖSEV-ə bağışladığını açıqlayıb. Sənətçinin vəsiyyətində adı olmayan küsülü olduğu qızı Tuğçe Tayfur sosial media hesabında qardaşı Timur Turanbayburtla fotosunu paylaşıb və bu vəsiyyətlə bağlı etiraz edərək müvəkkil tələb edib.

Tuğçe Tayfurun açıqlamasını təqdim edirik :

"Yaşadıqca yanında olacağam, qardaş. Heç üzülmə. Böyrəyini atama verəndə yanında əlində böyüyən əmim oğlu Cumalı və bizlər vardıq, başqaları yox. Atamızı tanıyırıq, əgər vəsiyyəti olsaydı, bütün var-dövlətini qurumlara verərdi... Allah rəhmət eləsin, ancaq bunu unutma... Biz ölümündən 4 gün sonra, göz yaşımız hələ qurumamış yanımıza qaçaraq gəlib vərəsəlik şəhadətnaməsi tələb edəcəklərini gözləmirdik. Hamınıza ayıb olsun. Qurumları önə çıxarmaqla nə etdiyinizi gizlədə bilməzsiniz.

Daha heç nə deməyəcəyəm, amma bundan əl çəkməyəcəyəm! Sizi Türkiyə ədalətinə təslim edirəm, amma 1 il yox, 10 il müddətinə. İndi atamın adını çəkməyə belə cəsarət etməyin".

# 3719 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər