Fatih Altaylının həbsi ilə bağlı açıqlama yaydılar

Fatih Altaylının həbsi ilə bağlı açıqlama yaydılar
23 iyun 2025
# 11:26

Türkiyənin Rabitə İdarəsinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi (DMM) jurnalist Fatih Altaylının həbsi ilə bağlı açıqlama yayıb.

Kulis.az xəbər verir ki, açıqlamada F. Altaylının məhkəmə prosesi ilə bağlı ictimai rəyi manipulyasiya etmək üçün sosial şəbəkələrdə kampaniya aparıldığı bildirilib.

“O, cinayət məzmunlu bu ifadələrdən istifadə edib: “...yaxın keçmişə deyil, uzaq keçmişə baxın, bu millət padşahını boğan bir millətdir. Öldürülən, sui-qəsd qurbanı olan, “intihar etdi” adı verilən Osmanlı sultanı az deyil...

Altaylının prezidentimizlə bağlı suala cavab verməsi və nəyi nəzərdə tutduğu açıq-aşkar ortadadır, buna baxmayaraq, onun prezidentimizi nəzərdə tutmadığı, tarixi lətifə danışdığı iddiaları manipulyasiyadır” deyə, məlumatda vurğulanıb.

Həmçinin Fatih Altaylının saxlanılması və həbsi prosesinin Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq qanuni çərçivədə həyata keçirildiyi və qanunsuzluqlarla bağlı iddiaların tamamilə dezinformasiya məhsulu olduğu qeyd olunub.

# 1558 dəfə oxunub

Oxşar xəbərlər

IV Beynəlxalq “Quadrat” Nəsr Festivalında Azərbaycanı Ulucay Akif təmsil edir

IV Beynəlxalq “Quadrat” Nəsr Festivalında Azərbaycanı Ulucay Akif təmsil edir

15:00 13 oktyabr 2026
Bu dil Azərbaycanda ilk dəfə tədris olunacaq

Bu dil Azərbaycanda ilk dəfə tədris olunacaq

14:55 13 oktyabr 2026
Məşhur reper xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur reper xəstəxanaya yerləşdirildi - Səbəb

14:30 13 oktyabr 2026
Mütəfəkkir baxışlarının fonunda "Xəmsə" səhifələri - "Nizami Gəncəvinin portreti"

Mütəfəkkir baxışlarının fonunda "Xəmsə" səhifələri - "Nizami Gəncəvinin portreti"

14:00 13 oktyabr 2026
Bir yandan İran, bir yandan Türkiyə: Azərbaycanın daxili işlərinə qarışılır

Bir yandan İran, bir yandan Türkiyə: Azərbaycanın daxili işlərinə qarışılır

13:25 13 oktyabr 2026
Yeni elmi-texniki kitab nəşr olundu

Yeni elmi-texniki kitab nəşr olundu

13:15 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər