Əsəd Cahangirin yeni kitabı çap olundu

Əsəd Cahangir

Əsəd Cahangir

1 yanvar 2022
# 12:32

Görkəmli tənqidçi Əsəd Cahangirin “Dionisin şərəfinə” adlı kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, "Teatr və dramaturgiya”, “Kino”, “Musiqi”, “Televiziya” və “Kulturologiya” bölümlərindən ibarət kitaba müəllfin təxminən 25 il ərzində yazdığı, müxtəlif incəsənət sahələrinə həsr olunmuş məqalə, resenziya, icmal, məruzə, esse və portretləri, eləcə də, bir sıra ünlü və gənc sənət adamarı ilə müsahibələri daxil edilib.

Ə.Cahangirin müxtəlif vaxtlarda mətbuatda dərc olunan və geniş rezonans doğruan “Bir çarə var ancaq – yeniləşmək”, “Vay dədəm, vay”, “Mahnı dağlarda qalmadı”, “Bəhramnamə”, “Dionisin şərəfinə”, “İran kinosunun peyğəmbəri”, “Əsgər və Oskar”, “Açılmaz Əslidən düymə”, “Eşq imiş hər nə varsa”, “Gecədən səhərə doğru”, “Səs” kimi yazıları da kitabda yer alır. Kitaba “Teatral adam” adlı ön sözü Azərbaycan və Kalmıkiya Respubliklarının Əməkdar İncəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının Baş rejissoru Bəhram Osmanov yazıb. Kitabın redaktoru tanınmış jurnalst Rizvan Əhmədlidir.

# 4140 dəfə oxunub

Oxşar xəbərlər

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
"Sən böyük adamdan yalnız bir cəhətlə fərqlənirsən..." - Vilhelm Reyxin "Kiçik adam" əsərindən bir hissə

"Sən böyük adamdan yalnız bir cəhətlə fərqlənirsən..." - Vilhelm Reyxin "Kiçik adam" əsərindən bir hissə

16:00 3 noyabr 2026
Türkiyəli repçi xəstəxanaya yerləşdirildi

Türkiyəli repçi xəstəxanaya yerləşdirildi

15:30 3 noyabr 2026
ABŞ-dən Türkiyəyə  qaytarılan nadir mədəniyyət nümunələri təqdim olundu

ABŞ-dən Türkiyəyə qaytarılan nadir mədəniyyət nümunələri təqdim olundu

15:00 3 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şair

15:00 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər