Emin Ağalarov 22 illik işindən ayrıldı

Emin Ağalarov 22 illik  işindən ayrıldı
30 may 2023
# 17:40

“Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov şirkətdən ayrılıb.

Kulis.az xəbər verir ki, o, bu barədə TASS- a müsahibəsində bildirib.

Emin deyib ki, yeni layihələrinə fokuslanmaq üçün bu addımı atıb.

“Biz atamla ( Araz Ağalarov , "Crocus Group"un sahibi - red.) danışıb birlikdə bu qərarı verdik. Mənim vəzifələrim şirkətin aparıcı top-menecerləri arasında bölüşdürüləcək”, - Ağalarov əlavə edib.

Emin onu da qeyd edib ki, 22 ildir çalışdığı şirkətdə o bir çox aparıcı aparılan layihələrin müəllifi olsa da, hazırda şəxsi planları səbəbindən "Croucus Group"da öncəki illərdəki kimi effektiv fəaliyyət göstərə bilmir.

Məlumat üçün bildirək ki, “Crocus Group”, Rusiyanın ən böyük inkişaf etməkdə olan kommersiya şirkətidir. Emin Ağalarov isə 2001-ci ildən fəaliyyətə başladığı şirkətdə, 2014-cü ildən birinci vitse-prezident vəzifəsində çalışmağa başlayıb.

# 3710 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər