Elmi Bərpa Mərkəzində tədbir: Heydər Əliyev və muzeylərimiz

Elmi Bərpa Mərkəzində tədbir: Heydər Əliyev və muzeylərimiz
14 may 2024
# 15:30

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “Heydər Əliyev və muzeylərimiz” mövzusunda tədbir təşkil olunub.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və dövlətin suverenliyi uğrunda gördüyü işlərdən bəhs edib.

Əməkdar mədəniyyət işçisi Məhəbbət Mehdiyeva Ulu Öndərlə bağlı xatirələrini bölüşərək xalqımızın firavan, sülh və əmin-amanlıq şəraitində yaşaması üçün atdığı addımları diqqətə çatdırıb.

Mərkəzin elmi işlər üzrə direktor müavini İranə İbrahimova və baş fond mühafizi Pakizə Almazova Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, muzeylərlə bağlı görülən işlərə də dəstək göstərdiyini vurğulayıb. O qeyd edib ki, Ulu Öndər muzey işçilərinə hər zaman qayğıkeş münasibət bəsləyib.

Tədbir çərçivəsində Heydər Əliyevin təşəbbüsü və şəxsən iştirakı ilə muzeylərin açılış mərasimlərini əks etdirən videoçarx, həmçinin Mərkəzin həyata keçirdiyi təlim və seminarların ümumi təqdimatı nümayiş olunub.

# 2860 dəfə oxunub

Oxşar xəbərlər

Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər