Əliağa Vahidin qızı: "Mən dilənçi deyiləm, heç kimə demirəm ki..."

Əliağa Vahidin qızı:  "Mən dilənçi deyiləm, heç kimə demirəm ki..."
1 noyabr 2023
# 12:40

“İşsizliyimlə bağlı məsələ hələ də problem olaraq qalıb. Bir müddət əvvəl bu xəbər sosial şəbəkələrdə paylaşıldı. Bir çox adam yazmışdı ki, o boyda şairin qızı işsizdir. Bəziləri isə rişxənd edirdilər ki, hamı pensiya ilə dolanır. Mən dilənçi deyiləm. Heç kimə demirəm ki, gətir mənə artıq pul ver. Azərbaycan Milli Kitabxanasında çalışırdım. 65 yaşım tamam olanda pensiyaya çıxardılar. On il qabyuyan işləmişəm, metropolitendə də çalışmışam. Orada-burada işləməklə 42 il təcrübə qazandım. Texniki Universitetdə ayaqyolu təmizləyirdim, sonra etiraz etdim. Elə əziyyətlərlə övladlarımı saxlamışam”.

Kulis.az xəbər verir ki, bunu qəzəlxan Əliağa Vahidin qızı Firəngiz Əliağa deyib.

O, iş tapmaq ümidi ilə deputat Rafael Hüseynova da zəng etdiyini bildirib:

“Balaca qızım bəzən məni danlayır ki, neynirsən işi? Yaş keçir, nə işləyəcəksən?! Süpürgəçilik daha əlimdən gəlməz, o vaxt cavan idim. Millət vəkili Rafael Hüseynovun nömrəsini mənə verdilər. Bir neçə dəfə zəng etdim ki, ondan özüm üçün bir iş xahiş edim, amma telefonumu açmır. Atamın əşyaları onun rəhbərlik etdiyi Nizami muzeyində qorunur. Çox istərdim ki, orada məni bir işlə təmin etsin. Ən azından muzeydəki eksponatlara nəzarət edərdim. Hər dəqiqə də zəng etmək istəmirəm, çürükçü adam deyiləm. Deputat Rafael Hüseynov efirdə Füzulidən, Nizamidən, Nəsimidən danışır, amma bir dəfə də olsun Əliağa Vahiddən danışmayıb. Əliağa Vahid də balaca adam olmayıb axı”.

Firəngiz xanım qardaşının ona hər zaman yalan danışdığını qeyd edib:

“Qardaşım dünyasını dəyişəndən ailəsi elə də ürəkaçan vəziyyətdə deyil. Atamın şeirlərindən uşaq olarkən qonorar alırdıq. 40 manat mən alırdım, 40 manat da qardaşım. Üst-üstə gələndə 80 manat olurdu. Qardaşım o pulla universitet, mən isə texnikum oxudum. Kitab çıxanda, satılanda da bizə pul gəlirdi. Qardaşım gedib gizlin Masazırda özünə torpaq sahəsi almışdı. Gizlədib ki, hər şey qoy ona qalsın. Neçə illər məndən gizlin Prezident təqaüdü alıb. Mən guya bilib onun əlindən alacaqdım ki?” .

Moderator.az

# 2325 dəfə oxunub

Oxşar xəbərlər

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

23:00 29 avqust 2026
Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

14:35 29 avqust 2026
Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

13:30 29 avqust 2026
"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

13:00 29 avqust 2026
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

11:20 29 avqust 2026
Selin Dion  Paris səhnəsinə qayıdır - 9 ildən sonra

Selin Dion Paris səhnəsinə qayıdır - 9 ildən sonra

10:50 29 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər