Elə yaşamaq lazımdır ki, əclaflar da səni xatırlasın... - "İkinci plan kraliçası"ndan aforizmlər

Elə yaşamaq lazımdır ki, əclaflar da səni xatırlasın... - "İkinci plan kraliçası"ndan aforizmlər
15 avqust 2025
# 16:49

15 avqust görkəmli rus aktrisası, "ikinci planın kraliçası" adlandırılan Faina Ranevskayanın doğum günüdür.

Kulis.az bu münasibətlə tanınmış sənətkarın məşhur aforizmlərini təqdim edir.

"Həyat, sonsuz yuxudan əvvəlki qısa bir gəzintidir."

"Tənhalıq — telefonun olsa belə, yalnız zəngli saatın zəng çaldığı vaxtdır."

"Qocalmaq cansıxıcıdır, amma uzun yaşamağın yeganə yoludur."

"Bəzi insanlar Tanrını, bəziləri şeytanı daşıyır, bəzilərinin içində isə sadəcə qurdlar yaşayır!"

"Pis bir filmdə oynamaq — sonsuzluğa tüpürmək kimidir."

"Allah qadınları kişilər bəyənsin deyə gözəl, kişilərdən xoşları gəlsin deyə axmaq yaratmışdır."

"Yaşımı eşitsəniz inanmazsınız — mən hələ də bəzi normal insanları xatırlayıram!"

"Gecələr hər şey ağrıyır - xüsusilə vicdan."

"Bu filmi dördüncü dəfə izləyirəm və sizə deyim, bu gün aktyorlar heç vaxt olmadığı qədər yaxşı oynadılar."

"İstədiyini de və haqqımda nə düşünürsənsə düşün. Siçanların bu mövzuda fikirləri ilə maraqlanan pişik görmüsən?"

"(Ürək tutmasından sağaldıqdan sonra) Əgər xəstə yaşamaq istəyirsə, həkimlər acizdir."

"(Effektiv şəkildə necə arıqlamaq olar sualına cavab) Nə istəsən və nə vaxt istəsən ye, amma aynanın qarşısında yalnız çılpaq ol."

"Əsl kişi qadının ad gününü xatırlayan, amma yaşını unudan adamdır."

"Qurbağayla evlənirsən, qurbağa tilsimi sındırıb şahzadə olur — bu, nağıldır. Şahzadəylə evlənirsən, qurbağaya çevrilir, bu isə, əzizim, həyatdır…"

"Mən vağzaldakı köhnə palma kimiyəm; heç kimə lazım deyiləm, amma çıxarıb tullamağa da adamın heyfi gəlir."

"Ən rəngbərəng, gözəl tovuz quşu lələyinin altında da adi quş arxası var. Ona görə, cənablar, pafosu saxlayın!"

"Siz bilirsiniz, kinoda çəkilmək nə deməkdir? Təsəvvür edin ki, hamamda çimirsiniz və orada bir dəstə adam ekskursiya keçir."

"Bədbəxtliyə bax… Dünyada ən xoşagələn şeylər ya ziyandır, ya əxlaqsızlıqdır, ya da piylənməyə aparır."

"Əlbəttə, qadınlar kişilərdən ağıllıdır. Heç kişinin ayaqları gözəldir deyə, ağlını itirən qadın görmüsünüz?"

"Elə yaşamaq lazımdır ki, əclaflar da səni xatırlasın".

"Nəsə çoxdandır mənə fahişə demirlər – populyarlığımı itirirəm".

"Optimizm informasiya çatışmazlığıdır".

# 1835 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin vurduğu mənəvi yaranın dondurulmuş anı - Pikassonun "Ağlayan qadın"ı kim idi?

Müharibənin vurduğu mənəvi yaranın dondurulmuş anı - Pikassonun "Ağlayan qadın"ı kim idi?

12:00 25 oktyabr 2026
Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər