“Əhməd Cavad-türk ruhunun söz bayrağı” kitabının təqdimatı keçirildi

“Əhməd Cavad-türk ruhunun söz bayrağı” kitabının təqdimatı keçirildi
28 iyul 2022
# 10:40

Ankaradakı Azərbaycan Evinin Şuşa Konfrans salonunda “Əhməd Cavad-türk ruhunun söz bayrağı” adlı kitabın təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Nərgiz Attarın aparıcılığı ilə keçirilən mərasimdə Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) rəhbəri Aygün Attar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Türk-Yapon Fondunun rəhbəri Nejat Bora Sayan, Ankara Universitetinin rektoru Necdət Ünivar, İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma, Azərbaycanda fəaliyyət göstərən “Unity Company” şirkətinin təsisçisi Fikrət Əliyev və başqaları çıxış ediblər.

Ümummilli lider Heydər Əliyevin türk dünyasının birliyi, tarixi şəxsiyyətlərimizin tanınması, ortaq türk bədii ədəbiyyatının və poeziya aləminin yaranması istiqamətində atdığı addımlardan bəhs edən çıxışçılar bildiriblər ki, Prezident İlham Əliyev bu məqsədyönlü siyasəti uğurla davam etdirərək mühüm strategiya müəyyən edib. Böyük istiqlal şairi Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin məlum Sərəncamı bu istiqamətdə atılan mühüm addımlardandır.

Diqqətə çatdırılıb ki, Əhməd Cavad ömrünü, canını, bütün varlığını türkçülük və turançılıq ideyalarına həsr edib. Düşmənləri ideya və təfəkküründən daim təlaş keçirdikləri üçün onun məzarının olmasına belə imkan verməyiblər. Bütün bunlara baxmayaraq, Türkiyə və Azərbaycanın müstəqilliyi yolunda yorulmaz fəaliyyət göstərən istiqlal şairimizin əziz xatirəsi on milyonlarla insanın qəlbində yaşayır. Əhməd Cavad vətənə, torpağa, Azərbaycan-Türkiyə qardaşılığına, bayraqlarımıza ən çox şeir həsr edən poeziya sərrafı kimi əbədi həyat qazanıb.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli qələbədən geniş söz açılıb. Əminliklə ifadə olunub ki, Qarabağ Zəfəri ömrünü Azərbaycan və Türkiyənin müstəqilliyi, azadlığı, bütövlüyü yolunda fəda edən Əhməd Cavad kimi böyük insanların şəxsiyyətinə ən böyük ərməğandır.

Sonra təqdim olunan kitabın əhəmiyyəti barədə fikir və düşüncələr bölüşülüb.

Professor Necati Dəmir “Dədə Qorqud Dastanı” əsərindən nüsxələri səfir Rəşad Məmmədova təqdim edib.

Milli Məclisin komitə sədri Qənirə Paşayeva və Faiq Ələkbərlinin nəşrə hazırladıqları “Əhməd Cavad-türk ruhunun söz bayrağı” adlı kitabın təqdimatı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Milli Məclisinin Mədəniyyət komitəsinin, ölkəmizin Türkiyədəki səfirliyinin, Mədəniyyət Nazirliyinin və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə keçirilib. Kitabda böyük istiqlal şairinin zəngin mənalı həyat və fəaliyyəti barədə türkdilli ictimaiyyətə müfəssəl məlumat verilir.

Milli Məclisin komitə sədri Qənirə Paşayeva Azərbaycan Evinə Xalq rəssamı Sakit Məmmədovun “Türk dünyası qadınlar tablosu” rəsmləri silsiləsindən Azərbaycan xanımı tablosunu hədiyyə edib.

Sonra mərasim TADƏHF-in musiqi qrupunun ifasında zəngin bədii hissə ilə davam etdirilib.

# 2380 dəfə oxunub

Oxşar xəbərlər

Hidayət Orucov vəfat etdi

Hidayət Orucov vəfat etdi

23:50 13 iyun 2026
Flora Kərimova xəstəxanaya yerləşdirildi

Flora Kərimova xəstəxanaya yerləşdirildi

21:00 13 iyun 2026
"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

16:00 13 iyun 2026
Bakıda "Son zəng" - FOTOLAR

Bakıda "Son zəng" - FOTOLAR

13:50 13 iyun 2026
YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

12:30 13 iyun 2026
Heteronimləri ilə məşhur olan ədib - O, sevdiyi qadına nə məsləhət görmüşdü?

Heteronimləri ilə məşhur olan ədib - O, sevdiyi qadına nə məsləhət görmüşdü?

11:30 13 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər