Əfrasiyab Məmmədov kimdir?

Əfrasiyab Məmmədov kimdir?
19 mart 2025
# 12:17

Bu gün məşhur aktyor Əfrasiyab Məmmədovun doğum günüdür.

Kulis.az onun həyat və yaradıcılığı haqqında materialı təqdim edir.

Əfrasiyab Məmmədov 1928-ci il martın 19-da Gəncə şəhərində dünyaya göz açıb.

1945-ci ildə Bakıda Dövlət Teatr İnstitutununda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) məşhur rejissor və pedaqoq Məhərrəm Haşımovun rejissorluq kursuna daxil olub. Lakin 6 ay sonra aktyor və rejissor Adil İsgəndərov Əfrasiyabın səhnə görünüşünü, daxili imkanlarını eşidib görən kimi aktyorluq kursuna keçirib.

Tədris prosesinin fəallığını gələcək sənətdə ümid verə biləcəyini eşidib hiss edən Adil İsgəndərov Əfrasiyab Məmmədovu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor qəbul edib.

Öz dövrünün tanınmış tear və kino aktyoru Əfrasiyab Məmmədovun "O olmasın, bu olsun", "Koroğlu", "Qızmar günəş altında", "Kişi sözü" filmlərində, "Otello", "Vaqif", "Ailə namusu" səhnə əsərlərində oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru işləmiş aktyor, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub.

1990-cı il noyabrın 18-də 62 yaşında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

2011-ci ildə aktyorun yaradıcılığının bir hissəsini əks etdirən materiallar Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub və aktyorun şəxsi arxivi yaradılıb.

2013-cü ildə Azərbaycan Televiziyasında aktyorun yaradıcılığını əks etdirən "Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov" sənədli film çəkilib.

# 3688 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

11:33 12 noyabr 2026
Pirat kitab saytına 19,5 milyon dollar cərimə –  Milyonlarla kitabın taleyi necə olacaq?

Pirat kitab saytına 19,5 milyon dollar cərimə – Milyonlarla kitabın taleyi necə olacaq?

11:12 12 noyabr 2026
"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

10:43 12 noyabr 2026
"Soul Food"  filminin aktrisası vəfat etdi

"Soul Food" filminin aktrisası vəfat etdi

10:21 12 noyabr 2026
Azərbaycanda Konstitusiya Günü  qeyd olunur

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

10:00 12 noyabr 2026
Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər