Ədəbiyyat İnstitutunun professoru vəfat etdi

Ədəbiyyat İnstitutunun professoru vəfat etdi
4 sentyabr 2023
# 18:45

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, fil.e.d., prof. Fəridə Vəlixanova dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya institutdan məlumat verilib.

Qeyd edək ki, Fəridə Ağaəli qızı Vəlixanova 1935-ci ilin oktyabrın 21-də Bakı şəhərində anadan olub. O, 1953-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.

F.Vəlixanova 1958-ci ildə ali təhsilini başa vurub, azərbaycanlı professor Əziz Şərifin rəhbərliyi ilə yazdığı diplom işini uğurla müdafiə etmiş və universiteti yüksək qiymətlərlə qurtarmışdır. Ona Moskvada qalıb işləmək təklif edilsə də vətənə qayıdıb, Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda akademik M.A.Dadaşzadənin rəhbərlik etdiyi şöbədə elmi fəaliyyətə başlamışdır. İki il sonra o, SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasına daxil olmuş və 1964-cü ildə görkəmli ədəbiyyatşünas akad. Q.İ.Lomidzenin rəhbərliyi altında “Səməd Vurğun poeziyasının rus dilinə tərcümələri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. F.Vəlixanova 1977-ci ildə uzun və gərgin bir əməyin nəticəsində hasilə gələn “Azərbaycan sovet poeziyası rus dilində” mövzusundakı doktorluq dissertasiyasını müdafiə edir.

1982-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun tərkibində “Bədii tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi” şöbəsi yaradıldı və F.Vəlixanova şöbənin müdiri təyin edildi.

Fəridə Vəlixanovanın elmi-tədqiqatçılıq fəaliyyəti çoxcəhətlidir. O, Moskvada və Bakıda çıxmış “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri” (M., Nauka, 1963), ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi” (B., “Elm”, 1968), yeddicildlik “Çoxmillətli sovet ədəbiyyatı tarixi” (M., Nauka, 1970), altıcildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitablarında ədəbiyyatımızın beynəlxalq əlaqələrinə aid və s. icmal oçerklərlə həm müəllif, həm də elmi redaktor kimi iştirak edib.

Görkəmli alim AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının üzvü, doktorluq və namizədlik dissertasiyaları üzrə Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının (1967-1982) ictimai əsaslarla elmi katibi, Əlaqələndirmə Şurasının üzvü, Respublika Prezidenti yanında AAK Ekspertlər Şurasının (1993-2013) üzvü, Moskva və Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra jurnal və məcmuələrin redaksiya heyətlərinin üzvü olub.

F.Vəlixanovanın Azərbaycan ədəbiyyatşünaslıq elmi sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, dəfələrlə Fəxri fərmanlarla mükafatlandırılmış, Əməkdar elm xadimi adına, Prezident təqaüdünə layiq görülüb.

# 2286 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər