"Ədəbi antologiya" çapdan çıxdı

"Ədəbi antologiya"  çapdan çıxdı
15 avqust 2024
# 14:26

400 illik yazılı söz tarixi olan Laçın rayonunun şair, nasir və aşıqlarının yaradıcılığından toplanan nümunələrin olduğu "Ədəbi antologiya" çapdan çıxıb.

Kulis.az xəbər verir ki, ədəbi nümunələri toplayan və tərtib edən şair İlham Qəhrəmandır.

Oxucular kitabda müasir söz adamları ilə bərabər, həm də tərtibçinin araşdırıb üzə çıxartdığı XVII, XVIII və XIX əsrlərdə yaşayıb-yaratmış bir çox laçınlı şair və aşığın əsərləri ilə tanış ola biləcəklər. Tərtibçinin bir illik gərgin əməyinin bəhrəsi kimi müxtəlif mənbələrə müraciət edərək hazırladığı kitab Laçın rayonunun söz xəritəsi kimi 98 müəllifi əhatə edir.

Laçın şəhərinin salınmasının 100 illiyi (1924-2024) münasibətilə tərtib edilən antologiya geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Antologiyada Sarı Aşıq, Aşıq Alı (Suvatlı) kimi el aşıqları ilə yanaşı, Şərif Ağayar, Fəxri Uğurlu, Müşfiq Şükürlü kimi müasir qələm adamlarının da yaradıcılığına müraciət olunub.

# 2007 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər