Dövlət Teatr Muzeyində Müstəqillik Günü qeyd olundu

Dövlət Teatr Muzeyində Müstəqillik Günü qeyd olundu
23 may 2024
# 18:01

Mayın 23-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq, bir daha enməz!” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, Dövlət Teatr Muzeyində təşkil olunan tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın müstəqillik tarixindən bəhs edən məruzə dinlənilib, mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri şeir kompozisiyaları və görkəmli dramaturq Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərindən səhnəciklə çıxış ediblər. Həmçinin vətənpərvərlik mövzusunda musiqi nümunələri səsləndirilib.

# 3539 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər