DokuBaku festivalının yeni proqramı

DokuBaku festivalının yeni proqramı
13 fevral 2025
# 09:11

DokuBaku Beynəlxalq Sənədli Film Festivalı Gənc Film İstehsalçıları Assosiasiyasının təşkilatçılığı, AR Mədəniyyət Nazirliyinin dəstəyilə DokuToor proqramını elan edir.

Kulis.az xəbər verir ki, proqramda festivalın son buraxılışında mükafat qazanan yerli və beynəlxalq qısa və tammetrajlı filmlər azərbaycan və ingilis subtitrləri ilə nümayiş etdiriləcək.

Nümayişlər 15 fevral tarixində, saat 16:00-da “Nizami” Kino Mərkəzinin 3-cü zalında keçiriləcək.

DokuToor proqramında nümayiş olunacaq filmlər:

Aylin Gökmen – “Elə o vaxtdan mən uçuram” | 18:30 | İsveçrə | iCosmos mükafatı
Babək Abbaszadə – “Tanrının xilas əli” | 40:39 | Azərbaycan | iCosmos Xüsusi mükafatı
Vasili Ovçinnikov – “4:30” | 15:00 | Rusiya Federasiyası | iCosmos Xüsusi mükafatı

Nümayişdən sonra kinotənqidçi Aygün Aslanlının moderatorluğu və “Tanrının xilas əli” filminin rejissoru Babək Abbaszadənin iştirakilə müzakirələr aparılacaq.

Xatırladaq ki, nümayişlər AR Mədəniyyət Nazirliyi tərəfindən 4 iyul – 2 avqust 2024-cü il tarixlərində qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi qalib layihəsi “DokuToor – Curated Selection” çərçivəsində keçirilir

# 1801 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər