Dədə Süleymanın oğlu: "Bacım atamdan qalan evləri ələ keçirdi, küçədə yaşayıram"

Dədə Süleymanın oğlu:  "Bacım atamdan qalan evləri ələ keçirdi, küçədə yaşayıram"
4 noyabr 2023
# 11:39

"Bacım mənimlə danışmır. Ailəmizin 3 evini bacım mənimsədi. Bir-iki dəfə onun həyat yoldaşının yanına barışmaq üçün getmişəm. Ona vəziyyəti danışmışam. Dedim ki, özümə də bir daxma lazımdır ki, orada qalım. Amma onlar məni təhqir ediblər. Mənim Rövşən adında bir qardaşım da var. Onunla əlaqəm var, danışırıq. Bütün bu problemlərin başında bacım dayanır".

Kulis.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) oğlu Cümşüd "Bizimləsən" verilişində deyib. Hazırda küçələrdə yaşayan Cümşüd bacısı Aygün Abdullayevanın atasından qalan evləri mənimsədiyini deyib:

"Atamın yaşadığı evdən 40 mərasimindən sonra çıxartdılar. Şəhərin mərkəzindəki Prezidentin verdiyi evi isə atam sağlığımda dedi sənə verəcəyəm. Yasamalda başqa bir evi isə mənə dedi ki, həyat yoldaşına ver. 200 minlik evi həyat yoldaşıma verdim. Sonra həbsxanaya düşdüm. Orada olanda mənə bacım zəng edib ağladı ki, etibarnamə ver, atadan evi alım. Bacımla atam 20 il danışmadı. Bacım atama sözünü mənim vasitəmlə deyirdi. Qoşulub qaçdığı üçün atam onu danışdırmırdı".

Cümşüd bildirib ki, bacısı onu psixiatriya xəstəxanasına yerləşdirib:

"Bacımın həyat yoldaşı vəzifəli şəxsdir. İmkanları var. Bacım xəstəxanaya zəng vurub söylədi ki, qardaşım, yəni mən guya özümü normal aparmıram. Bunu isə onlardan pul və ev istədiyimə görə etdi. Onlarla dalaşmadım. Üstümə böhtan atdılar ki, guya mən onları təhqir etmişəm. Onun əri bələdiyyə sədridir".

Qeyd edək ki, Dədə Süleyman ötən il vəfat edib.

Axşam.az

# 4502 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər