Daun sindromlu müəllimin həyat hekayəsi

Noelia Garella, Daun sindromlu müəllim

Noelia Garella, Daun sindromlu müəllim

18 dekabr 2021
# 13:30

Dünya hər kəs üçün yaşanacaq yer deyil.

İşə qəbul zamanı ilkin baxışda xarici görkəmində heç bir problem yoxdursa, sən mükəmməl birisən. Uşaqlıqdan bəri fərqli olduqları üçün lağ edilir, özgüvən parçalanır, ətrafda onların "normal" olmadığı düşünülür, çəp gözlə baxılır. Bu hallar onların sosial inkişaf dünyasına ciddi əngəl yaradır. Tipik olaraq daun sindromlu fərdin fiziki və intellektual inkişaf problemi vardır.

Belə olduğu halda insanların ağlını qarışdıran və eyni zamanda düşündürən bir sual mövcuddur. Daun sindromlu biri müəllim işləyə bilərmi? Sinfin məsuliyyətini daşıya bilərmi?

Bir çox ölkədə daun sindromlu insanlar müxtəlif növ həyat hekayələri ilə məşhurlaşmışdır. Bu insanlardan biri də məhz Noelia Garelladır. Daun sindromlu doğulduğu üçün ona hər şey çətin idi. O, kiçik yaşlarından bəri həmişə müəllim olmaq istəyir, çünki uşaqları çox sevirdi. "Mən onların oxumalarını və dinləmələrini istəyirəm, çünki cəmiyyətdə insanlar bir-birlərini dinləməli və başa düşməlidir". Ətrafdakı baxışlara rəğmən, Noelia Garellanın qətiyyəti və düzgün qərarlığı nəticəsində həmkarları onu Argentinanın şimalında Kardoba şəhərindəki Jeramito uşaq bağçasına işə müraciət etmək üçün təşviq etdilər.

Bu fədakar və əzmkar xanım Kardoba xalq təhsil sisteminə ilk olaraq 2012-ci ildə köməkçi müəllim olaraq işə qəbul olmuşdur. Noelia Garellanı işə götürən bağçanın müdiri Alejandra Senestrari idi. Alejandra ona yeni işində tam dəstək göstərirdi. “Güclü bir peşəyə sahib olduğunu çox tez başa düşdük. Bağçada uşaqların ən çox bəyəndiyi və ehtiyac duyduğu bir hədiyyə var – sevgi. Noelia bizim bağçaya bu möhtəşəm hədiyəni gətirmişdi.”

Bağçanın indiki direktoru Susana Zerdan müsahibələrin birində belə qeyd etmişdir: “Noelia Garella kollektiv üçün bənzərsiz bir təcrübədir. Müəllim bir hekayə kimidir, mən onu uşaqlara oxuyuram. Müəllim olmaq uşaqların ürəyinin gözəlliyi və sevgisidir. Uşaqlar Jermonito bağçasında dərs zamanı sevgiylə onun ətrafında toplanırdı. Onun dilindən bir hekayə dinləmək üçün yanında sakit-sakit otururdular, Noelia isə
dişlərini çırparaq bir köpək balığını təqlid edir, uşaqlar maraq və xoşbəxtik dolu baxışlarla onu seyr edirdilər.”

Bəzi insanlar deyirdilər ki, daun sindromlu birinin müəllim olması mümkün deyil. Noelia Garella müəllimlik karyerasına başlamaq istədikdə, daun sindromundan əziyyət çəkdiyinə görə açıq bir müqavimət görürdü. Hətta bir dəfə iş müraciəti edəndə Naelia bağçadan rədd edilmişdi, bağça müdiri onu "canavar" adlandırmışdı. Çətin anlarında yanında dayanan anası Mercedes Cabrera, qızı Garellanın uşaq bağçasına işə qəbul hekayəsini danışanda göz yaşları içində idi. Lakin, Noelia Garellanın nikbin hisslərini və özünə inamını heç bir şey azaltmadı. Əksinə qətiyyəti və güclü iradəsi ona bu yolda uğur gətirdi, dünyanı təəccübləndirəcək qədər parlaq bir uğur.

Məsləkdaşları hər zaman onun yenilməz mübarizə ruhundan çox heyranlıqla söhbət açırlar. Noelia hazırda bir bağça müəllimi kimi uşaqların daha xoşbəxt və faydalı zaman keçirməsini təmin edir. İndi o, çox xoşbəxtdir. Bitməyəcək xoşbəxtliyi var. Bəli, o artıq bir müəllimdir – Argentinanın Daun sindromlu ilk müəllimi. Bütün mühakimələr, çətinliklər qarşısında olmasına baxmayaraq Noelia Argentinada bağça müəllimi işləyən ilk Daun sindromlu şəxsdir.

Stereotipləri pozduğuna və dünya səviyyəsində Daun sindromundan əziyyət çəkən minlərlə insana ümid işığı gətirdiyinə görə Noelia Garellaya təşəkkürlər.

Cavid Musa


# 4690 dəfə oxunub

Oxşar xəbərlər

Xankəndidəki Mədəniyyət Mərkəzində səhnə fəaliyyəti üçün şərait yaradıldı

Xankəndidəki Mədəniyyət Mərkəzində səhnə fəaliyyəti üçün şərait yaradıldı

16:20 29 may 2026
Məşhur rəssam vəfat etdi

Məşhur rəssam vəfat etdi

14:07 29 may 2026
Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi - Sərəncam

Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi - Sərəncam

13:02 29 may 2026
APA TV-nin 13 yaşı tamam olur

APA TV-nin 13 yaşı tamam olur

10:17 29 may 2026
Türkiyəli aktyor:  "Teatrın alternativi yoxdur, ola da bilməz..." - Müsahibə

Türkiyəli aktyor: "Teatrın alternativi yoxdur, ola da bilməz..." - Müsahibə

10:00 29 may 2026
Kralı cəzalandırdı, "Minuet"lə tanındı, Mussolini məzarını kilsəyə köçürtdü... - Onu niyə "Haydnın arvadı" adlandırmışdılar?

Kralı cəzalandırdı, "Minuet"lə tanındı, Mussolini məzarını kilsəyə köçürtdü... - Onu niyə "Haydnın arvadı" adlandırmışdılar?

16:00 28 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər