Daşnakların həbsinə fərman verən, qəbrinin içi boş olan kommunist - Qarabağı ermənilərə o vermişdi?

Əliheydər Qarayev, Azərbaycanlı kommunist inqilabçı

Əliheydər Qarayev, Azərbaycanlı kommunist inqilabçı

20 sentyabr 2023
# 15:00

Kulis.az Fidan Əzraqın azərbaycanlı kommunist inqilabçı Əliheydər Qarayev haqqında yazısını təqdim edir.

Haqqında əfsanələr danışılan şəxsiyyətlərimizdən biri də Əliheydər Qarayevdir. Abbas Səhhətin ən çox ümid bəslədiyi şagirdi...

Bir çox qəzetin redaktoru olub, üstəlik, "Molla" əmisindən ilhamlanıb "Tartan- partan" satirik jurnalını da nəşr etdirib. Həm Gürcüstanda, həm də Azərbaycanda deputat seçilmiş yeganə türkdür.

Yaxşı, bəs Əliheydər Qarayev nə üçün mifik şəxsiyyətdir?

Səbəb: tarixə elm yox, məhz şou-biznes kimi yanaşan dəyərli tarixçilərimiz...

undefined

Azərbaycanlı kommunist inqilabçılar Əliheydər Qarayev və Həbib Cəbiyev, 1921-ci il

Keçən dəfə həmin dəyərli tarixçilərimizdən biri ilə danışırdım.

Deyirəm ki, bəs parlament iclaslarında elə-belə kişilər çıxış etməyib ki, onların çıxışları qeydiyyata alınmasın. Deyir, düz deyirsən, qardaşoğlu. Deyirəm, bəs Qarayev o sənədlərə görə, son iclasda olmayıb. Deyir, bəli.

Bunlara qalsa, Rəsulzadə parlamentin boş divarlarına üzünü tutub: "Tovarişlərin səni güllələyəndə, mənim bu sözlərimi yadına salarsan" - deyib.

Bu dəyərli tarixçi yazır: "Rəsulzadə parlament iclasında Qarayevə nə dedi?" "Nərimanov Qarayevə: Qarabağ sənin ... deyil ki, kimə gəldi verəsən! - dedi."

Bu barədə də soruşdum dəyərli tarixçidən.

Heç bir tarixi qaynaqda belə məlumata rast gəlmədiyini, azərbaycanlı kommunistlərin Qarabağın Ermənistana verilməsi ilə bağlı nə təklif səsləndirdiklərini, nə də səs verdiklərini qeyd etdi. Belə başa düşürəm ki, məsələ həqiqəti bilmək yox, yalanı bazara sata bilməkdir. Dəyərli tarixçimizə uğurlar arzu edirəm. Alveri xeyirli olsun.

Əslində, özü də qeyd etdi ki, fikir vermə, düz oldu-olmadı - kimin sosial şəbəkə hesabı varsa, "tarixin sirlərini açmağa" başlayır.

Bir gün yolunuz İctimai-Siyasi Sənədlər Arxivinə düşsə, tarixin açılmamış səhifələri ilə elə özünüz tanış olun.

Məsələn, Fövqəladə Komissiyanın sədri olan Əliheydər Qarayevin 1920-ci il 2 iyul Qarabağ qiyamında iştirak edən 21 daşnakın həbs edilməsi ilə bağlı sərəncamına göz gəzdirsəniz, pis olmaz. Simonyan Boqrad, Badjayan Vaqan kimi şəxslərin adı var o siyahıda.
(Fond 609, siyahı 1, iş 6, vərəq 26)

undefined

1929...

Erməni A. A. Artak və rus O. Şatunovskaya Qarayevi kəskin tənqid edirlər. Ki, bəs ayrıseçkilik edir, "proletar"a zülm edir.

Qarayevin adı həmişə Mirzoyanla qoşa çəkilirdi, onlara qardaş deyirdilər, ancaq Mirzoyan Qazaxıstanın birinci katibi təyin ediləndə özü ilə vəzifəyə

Qarayevi yox, başqa üç türk kommunisti aparmışdı...

Qarayevin ölümü də elə öz "əliylə" olub. O, Mərkəzin iclasında özünü və yoldaşlarını haqlı sayır, çatışmazlıqların mərkəzdən qaynaqlandığını qeyd edir.

Bununla da, bir növ, ölüm fərmanını yazır...

Əliheydər Qarayevin Yasamal qəbristanlığında qəbri var. Ancaq o qəbirin içi boşdur... Eləcə simvolik abidədir.

Onun oğlu Nazim dünyaca məşhur geoloqdur. Rusiyada yaşayır. Atası haqqında kitab da yazıb (Qeyd edim ki, o kitabda Nazim bəyin anası Xavər xanımın şəkilləri də var).

undefined

Qarayevin məsul redaktoru olduğu “Şərq qadını” jurnalının ilk nömrəsinin üz qabığı

Əliheydər Qarayevi, məncə, hamıdan yaxşı o tanıyır.

Onun üçün Qarayev, sadəcə, qəhrəmandır.

Hər ata oğlunun qəhrəmanıdır axı...

# 6581 dəfə oxunub

Oxşar xəbərlər

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
Sarah Maasın  yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

Sarah Maasın yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

13:56 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər