Daşkənddə azərbaycanlı şairə həsr olunan tədbir keçirildi

Daşkənddə azərbaycanlı şairə həsr olunan tədbir keçirildi
9 aprel 2024
# 13:30

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə birgə yazıçı, özbək ədəbiyyatının dramaturqu, azərbaycanlı şair, ədəbiyyatşünas-alim, dünya ədəbiyyatı klassiklərinin özbək dilinə tərcümələrinin müəllifi, pedaqoq Maqsud Şeyxzadəyə həsr olunmuş “Azərbaycanlı böyük sima” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlmirzəyev yazıçının yaradıcılığının özbək mədəniyyətinin, incəsənətinin bütün sahələrinə təsir etməyindən söz açıb. “Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni, dostluq, qardaşlıq əlaqələrinin qurulmağında Maqsud Şeyxzadənin böyük rolu olub. Mədəniyyət Mərkəzi onun yaradıcılığını hər zaman diqqət mərkəzində saxlayıb. Hər il M.Şeyxzadə ilə bağlı nəşrlər, filmlər, məqalə və televiziya verilişlərinin hazırlanması layihəsinə dəstək verir, konfrans və seminarlar keçirir. Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Özbəkistan Dövlət Televiziyası dramaturqla bağlı bir neçə sənədli film də ərsəyə gətirib”, - deyə o əlavə edib.

Daşkənd Dövlət Nəqliyyat Universitetinin prorektoru Dilşod Baratov, ədəbiyyat və humanitar məsələlər üzrə müşavir Şarmatulla Yusupov və özbək dili kafedrasının rəhbəri Nafisa Rahmatullayeva Maqsud Şeyxzadənin əsərlərinin gənc nəslin vətənpərvərlik, qəhrəmanlıq ruhunda yetişməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Qeyd olunub ki, yazıçı öz əsərləri ilə özbək xalqında qəhrəmanlıq və vətənə məhəbbət hisslərini aşılayıb. M.Şeyxzadənin təkcə özbək ədəbiyyatı üçün deyil, eyni zamanda Azərbaycan üçün də dəyərli əsərlər miras qoyduğu bildirilib.

Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistanın Dövlət Televiziyasının “Mahalla” telekanalının hazırladığı, M.Şeyxzadəyə həsr edilən “Əziz insan” sənədli filmi nümayiş olunub. Ekran əsərində azərbaycanlı və özbəkistanlı alimlərin, incəsənət və mədəniyyət xadimlərinin şairin yaradıcılığı ilə bağlı fikirləri, xatirələri yer alıb.

Qeyd edək ki, tədbirin sonunda universitetdə təhsil alan tələbələr Maqsud Şeyxzadənin əsərlərindən ibarət şeir kompozisiyaları, tamaşa-səhnəcik və rəqslər ilə çıxış ediblər.

# 2158 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər