Zala girdik ki, bir xanım oxuyur – Qarabağ qazisi şairlərlə görüşdən yazır...

Zala girdik ki, bir xanım oxuyur – Qarabağ qazisi şairlərlə görüşdən yazır...
7 oktyabr 2021
# 12:01

Kulis.az qazi, şair Elvin İntiqamoğlunun ktab sərgisindən Sumqayaıt şairləri ilə görüşlə bağlı yazısını təqdim edir.

İdman sarayının 6 oktyabr proqramında saat 17-də Sumqayıt şairləri üçün nəzərdə tutulmuşdu. Moderator Əyyub Qiyas oktyabrın əvvəllərində afişaya görüş iştirakçıları kimi İbrahim İlyaslını, Ehtiram İlhamı, Namiq Dəlidağı, Emin Pirini, Elvin Əlizadəni və məni daxil etmişdi. Ancaq Ehtiram İlham vaksin kağızı problemi ilə əlaqədar gələ bilmədi və onu gənc kadr Günel Balakişi əvəz etdi.

Əslində, mən bu kadr dəyişikliyini tədbirin gedişatında bildim, Günel xanımı ilk dəfə görürdüm deyə, izləyici zənn etmişdim.

Müharibə iştirakçısı olduğumdan Bakı Ekspo Mərkəzində vətənpərvərliklə bağlı keçirilən tədbirə də dəvət almışdım, mövzu Vətən olduğuna görə bütün veteranlara və qazilərə hərbi geyimdə gəlmək tapşırılmışdı.

Bu səbəbdən İdman sarayına da hərbçi formasında gəlməli oldum.

Şair həmkarım, müharibə iştirakçısı Emin Piri ilə görüşün başlamağına on-on beş dəqiqə qalmış "Əl Oyunları"na çatdıq. Sən demə, konfrans zalında tanımadığımız xanım musiqi ifa edirmiş, biz içəri girəndə yalnız alqış səslərin eşidə bildik.

Əyyub Qiyas vaxt itirmədən bizi musiqiçi-yazar xanımla tanış etdi və tanımadığımız Aygül Ağayeva Eminlə mənə öz "Məşhur adamın məşuqəsi" kitabını hədiyyə etdi.

Çox keçməmişdi, sərginin təşkilatçılarından biri Şahbaz Xuduoğlu gəldi, moderatorumuz Eminlə məni "Qanun"un rəhbəri ilə də tanış etdi.

Görüş iştirakçıları ilə yanaşı, yazıçı Aysel Əlizadə, şair Aida Eyvazova, rejissor Amil Babayev, Aygül Ağayeva, şair Əşrəf Veysəllinin oğlu Şahin Şəfiyev və adların bilmədiyim bir qrup mütəşəkkil izləyici dəstəsi oturacaqlara tərəf addımlamağa başladı.

Saat beşə az qalmış, Şahbaz bəy "qanun"u kitab klubunun xeyrinə dəyişdi, xülasə, hörmətli naşirimizin xahişi ilə Sumqayıt yazarları yarım saat da gözləməli oldu.

Kitab Klubunu təmsil edən Nəzrin xanım rus sektorunda təhsil aldığından bəzi sözləri yad dildə deyirdi, dəyərli naşirimiz də "qanundankənar" tərcüməçi kimi fəaliyyət göstərirdi.

Yarım saatdan sonra Şahbaz bəy İdman Sarayını bağlanana kimi Əyyub Qiyasın ixtiyarına verdi.

Öz-özümə fikirləşdim ki, təhvil-təslimdən sonra yəqin axşam yoxlanışını da Əyyub Qiyas həyata keçirər. Baxma, saraya o cavabdehdir, birdən kiminsə azyaşlı uşağı küncdə-bucaqda qalar, gəl indi valideynə cavab ver.

Əyyub bəy görüşü açıq elan edərək, paytaxt ədəbiyyatı ilə bölgə ədəbiyyatını müqayisə etdi, bölgələrdəki ədəbi hərəkatın çətinliklərindən danışdı.

Daha sonra bütün Sumqayıt şairləri öz şeirlərin səsləndirdilər.

Emin Pirinin, Elvin Əlizadənin vətənpərvərlik mövzusunda dediyi şeirlər, İbrahim İlyaslının, Namiq Dəlidağlının, Günel Balakişinin real məhəbbətlə bağlı dediyi şeirlər dinləyicilər tərəfindən maraqla qarşılandı.

Hətta “Qi Or El” təxəllüslü moderatorumuzun da poeziya ilə məşğul olduğunun şahidi olduq.

Görüşün başlanğıcında gözləyirdim ki, ilk çıxış İbrahim İlyaslıya həvalə olunacaq və yaş prinsipi ilə davam edəcək. Ancaq Əyyub Qiyas yenə məni təəccübləndirməyi bacardı. Məndən yaşda və təcrübədə böyük olan şairlərin içərisində ilk sözün mənə verilməsi həm həyəcanverici, həm də qürurverici idi.

Tədbir boyu Şahbaz bəy bütün qonaqlarını kofeyə və şirniyyata qonaq etdi.

Şahbaz Xuduoğlu deyildiyi kimi də var idi: səmimi, qonaqpərvər, təvazökar...

# 3322 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər