Bursa vilayətində “Azərbaycan günləri”

Bursa vilayətində “Azərbaycan günləri”
10 noyabr 2025
# 13:00

Qarabağ Zəfərinin 5-ci ildönümü və Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Türkiyənin Bursa vilayətində “Azərbaycan günləri” keçirilib.

Kulis.az xəbər verir ki, Bursanın Merinos Atatürk Konqres və Mədəniyyət Mərkəzində təşkil olunan açılış mərasimi Türkiyənin və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.

Mərasimdə Türkiyə, Azərbaycan, İraq–Ərbil, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Çuvaşıstan (Rusiya), Estoniya və Fransadan gəlmiş yazıçı, şair, elm, incəsənət və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak ediblər.

Türk dünyasının mənəvi birliyinin nümayiş etdirildiyi tədbirdə GİMAZ DEDE dərnəyinin sədri Hüseyn Vəli Gözəloğlu Qarabağ Zəfərinin Türk dünyası üçün əhəmiyyəti və Bəxtiyar Vahabzadə yaradıcılığı barədə danışıb.

Qeyd edək ki, tədbirdə çıxış edən şair və yazıçı Hayrettin Yazıcı Bəxtiyar Vahabzadənin yalnız Azərbaycanda deyil, bütün Türk dünyasında milli şüurun formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

# 1094 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

10:30 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər