“Bura zibil atanın...” söyüşündən sonra zibil atanlar

“Bura zibil atanın...”  söyüşündən sonra zibil atanlar
11 noyabr 2021
# 12:50

Ölkədə problem çoxdur, irili-xırdalı fərq etməz, çoxdur...

Bəziləri problem deyil, ağrısını bir müddət sonra yaşayacağımız bir yaradır ölkəmiz üçün.

Sağlıq, sağlamlıq, ruh yarası. Adı hər nə olur olsun.

Bu zibilliyin əlindən zara gəlmişik. Daha nə olsun?!

Yollarda zibillik.

Şəhərkənarı zibillik.

Dolub-daşan zibil yeşikləri.

Meşələrdə zibillik.

Hələ meşələrin qırılması ayrıca bir ürək yarası.

Axı buna səbəb nədir?

Kimdir günahkar?

Bunun qarşısını necə ala bilərik?

Əslində bu hər kəsi narahat edən bir mövzudur. Elə hər kəs də bir cür narahat yaşayır.

Bir gün aşağı məhəllədə bir qoca kişi hasarın üstünə "bura zibil atanın var yoxunu" sözlərini yazmışdı, bir neçə gün sonra adamın özünü yolun ortasına zibil atdığını gördüm, Xırdalanda.

Ağsu dolaylarında səyahət edən iki nəfər yaşlı ingilis dilli turist qadını​ meşələrdən zibil topladığını görmüşdüm, onları heyrətlə izləyirdim,​ buna həm də çox utanmışdım.

Məni elə ən çox yandıran meşələrə piknik üçün gedən insanlardır, istirahət sonrası bütün qida tullantılarını elə meşəyə atıb geri dönürlər.

Hələ maşın gedə-gedə əlində olan zibil paketini zibil yeşiyinin içinə atmaq istəyənlər var, sanki basketbol səbətinə top atır, daha anlamır ki zibil yeşiyin içinə düşmədiyi halda yerə dağılır. Lap səndə hədəfi düzgün nişan alma bacarığı var tutalım; bu nə qayda, bu nə davranış?

Belə bəsit məntiqi anlaya bilmir bəzi insanlar, yox əslində anlayır özü də gözəl anlayır, sadəcə vərdiş.

Anlayış məsələsi deyil, vərdiş məsələsi. Sənin pis vərdişlərinin aqibətini xalq yaşayır!

Bu yay tətilində Yardımlıya səfər etmişdim.

Viləş çayı boyunca əhali gündəlik zibil tullantılarını çaya və ya ətraf meşələrə atdığını gördüm.

Səbəbini maraqlandım, sakinlər rayonda bu işləri görəcək bir qurum olmadığını​ bildirdilər.... başqa seçimləri yoxdur, zibil atacaq bir yerləri yoxmuş...

Meşədə zibillərin təsirindən ildə nə qədər heyvan tələf olduğunu bilirsiz?!​

Tullantıların meşəyə təsiri necədir?

Bəlkə kimsə bunun fərqində deyil, lakin zibil, meşə ekosistemində çox önəmli bir komponentdir. Zibil tullantıları cırcır, milli qurdlar, hörümçəklər, qarışqalar və b.

artropodların sayını artırır.

Amma insanın meşəyə verdiyi ziyanı əsla başqa canlı verə bilmir.

İnsan əlləri sanki meşəyə qənim kəsilib.

Zərərvericilər və xəstəliklər palçıq və zibil ilə ayaqqabılara, pəncələrə, təkərlərə yapışaraq yeni meşələrdə bitir və sürətlə yayılır.​ Beləliklə, meşələrimiz ağac zərərvericiləri və xəstəlikləri riski altına düşür.​ Bunlar ağacların sağlamlığına kəskin təsir göstərir, incə ekosistem tarazlığı pozur və meşə ərazisini dağıdır.​

Axı niyə meşələrin qiymətini anlamırıq?

Avropa, Amerika, Kanada meşə qorunması mövzularında çox ciddi qanun layihələri hazırlanıb.

Odun, qida, yanacaq, fauna, flora, təmiz hava və təmiz su hamısı qorunan meşələr sayəsindədir.

Meşələr biomüxtəlifliyin xəzinəsidir,​ əhəmiyyətli meşə sahələrini qorumaq lazımdır.

Meşəlik ərazilər üçün ümumi olan istirahət və idman növlərindən - balıq ovu, ailə gəzintisi, velosiped sürmək, idman yarışları və b. inkişaf etdirilməsi meşələri tullantılardan qoruyar deyə düşünürəm...

Təbiətin qorunmasını dəstəkləyən siyasətlər var, bu siyasət proqramları

sayəsində Avropada qorunan meşələrin sahəsi son 10 ildə yarım milyon hektar artmışdır.

Başqa gözlə fabrikə bənzədirəm yaşıl meşələri.

İqtisadiyyatı dəstəkləyən qeyri-iradi sərvətdir meşə.

İstirahət yerləri, qida və yanacaq sənayesi, təmiz hava, su mənbəyi, tikinti emalı üçün xammal məhz bu çoxəsrlik təbii fabriklər tərəfindən edilir.

Meşələrin digər sərvətlərdən ən önəmli fərqi odur ki, neft quyuları quruyanda və mədənlər tükənərkən meşələr yenidən böyüyür. Qorunan meşələr isə əbədi olaraq böyüyür.

Cavid Musa

# 7023 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər