"Bu hesaba 4500 dollar köçürün, sonra danışaq" - Yalçın İslamzadə İlbər Ortaylıdan yazdı

"Bu hesaba 4500 dollar köçürün, sonra danışaq" - Yalçın İslamzadə İlbər Ortaylıdan yazdı
14 mart 2026
# 12:55

Kulis.az Yalçın İslamzadənin dünən vəfat edən məşhur türk tarixçi İlbər Ortaylı haqqında yazısını təqdim edir.

Rəhmətlik usta ortayolçuydu, hamıya "göy muncuq" verərdi, "nə şiş yansın, nə də kabab" xəttini tutar, "nabza göre şerbet" verərdi.

Bəzən "Biz Osmanlı sayesinde varız" deyib osmanlıçıları sevindirərdi, bəzən "Biz varlığımızı Atatürke borçluyuz" deyib, respublikaçılar tərəfindən alqışlanardı.

"Avrupada bir kadın bana dedi ki, iş insanı kocası zor durumda. Batı batıyor" kimi qüsurlu ümumiləşdirmələrlə antiqərbçilərə ümid verərdi.
Sünnət toyu masasında da, provakator Halit Konakçı ilə eyni masada da oturardı.

Bir məclisdə AKP-lilərin "kəndçi" olduqlarını deyərdi, TRT təmsilçisi masaya oturandan sonra AKP-ni tərifləməyə başlayardı.

Bizim məmləkətdə də çox sevilirdi, əsərlərinə görə yox. Elə olsaydı, məmləkətdə ən çox tanınan tarixçi Halil İnalcık olardı.

"Azərbaycanlıların təqdiri mənim üçün əhəmiyyətlidir, sevərək gələrəm, asistentimlə danışın", asistent də "Bu hesaba 4500 dollar köçürün, sonra danışaq" deyərdi. (Ödəniş tələb etməyi qəribə deyil, qəribə odur ki, yurdum insanı Lütfizadə ilə fəxr edib, İlbər Ortaylıya "Alim dinləyək" deyə 4500 dollar ödəyib, alimlərinə 600 manat maaş ödənməsindən narahat olmaz).

Bizimkilərin də qulağına xoşallanacaqları cümlələr pıçıldamışdı. Demişdi ki, "Sizin diliniz bizim dilin gəncliyidir".

"Bizim dilimiz saftır" deyə sevinən yurdum insanları, o saf dildə dünyanı tanıya bilmədiklərini, Türkiyədə nəşr olunan kitablar oxuduqlarını, o dilin isə Atatürk sayəsində islahat keçirdiyini və indiki ifadə gücünə çatdığını da qəribə qarşılamamışdılar.

Demişdi ki, "Siz bizdən kültür olaraq 50 il qabaqdasınız"- səbəb?
Kitab sərgisində simfonik orkestr varmış. Guya bütün həmyerlilərimiz heç olmasa 5 dəqiqə ayaq saxlayıb, simfoniyadan feyziyab olurmuşlar. Dekorasiya olduğu aydın olduğu halda.
Kitab sərgisində orkestr iştirak edən məmləkət 20 ildə ən aktiv nəşriyyata "Keyfiyyətli kitablar nəşr etməlisən" minimum tələbini qəbul etdirə bilmir. Əsas odur ki, dədə obrazında biri, bizi tərifləyib. Ağıllı məsləhətlər verib, "Gəzin, musiqiyə qulaq asın, maraqlı söhbətlər edin". Kimin ağlına gələrdi belə tövsiyələr?

# 330 dəfə oxunub

Oxşar xəbərlər

Eynşteynin ən çox sevdiyi beş kitab - Siyahı

Eynşteynin ən çox sevdiyi beş kitab - Siyahı

14:13 14 mart 2026
“Sazın səsi, sözün nəfəsi” layihəsi Səməd Vurğunun 120 illik yubileyinə həsr olundu

“Sazın səsi, sözün nəfəsi” layihəsi Səməd Vurğunun 120 illik yubileyinə həsr olundu

12:17 14 mart 2026
İlber Ortaylının dəfn tarixi açıqlandı

İlber Ortaylının dəfn tarixi açıqlandı

10:30 14 mart 2026
İlber Ortaylı vəfat etdi

İlber Ortaylı vəfat etdi

16:55 13 mart 2026
Yutub  ən böyük media şirkəti seçildi

Yutub ən böyük media şirkəti seçildi

16:30 13 mart 2026
Dünyanın ən varlı məşhurunun adı açıqlandı

Dünyanın ən varlı məşhurunun adı açıqlandı

16:00 13 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər