Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək
29 iyun 2026
# 15:38

UNESCO-nun Parisdəki mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçiriləcək.

APA xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində keçirilən plenar iclasda deyib.

O bildirib ki, bu ilin sonunda Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Azərbaycan Mədəniyyət Nazirliyinin, Türk dövlətlərinin UNESCO yanında Daimi Nümayəndəliklərinin və Türk əməkdaşlıq təşkilatlarının iştirakı ilə UNESCO-nun Parisdəki mənzil-qərargahında Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır.

O vurğulayıb ki, bu təşəbbüslər ortaq mədəni yaddaşın möhkəmlənməsinə, Türk xalqları arasında əməkdaşlığın daha da inkişafına və Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına mühüm töhfə verəcək.

# 458 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Tofiq Bakıxanov vəfat etdi

Xalq artisti Tofiq Bakıxanov vəfat etdi

23:50 23 avqust 2026
Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir

Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir

14:50 23 avqust 2026
"Dünyanın təsəlliyə deyil, həqiqətə ehtiyacı var..." - Fransız filosofdan aforizmlər

"Dünyanın təsəlliyə deyil, həqiqətə ehtiyacı var..." - Fransız filosofdan aforizmlər

14:00 23 avqust 2026
Ölüm düşərgəsində  şahmat sayəsində sağ qalan yəhudi yazıçı  - Efraim  Kişon kimdir?

Ölüm düşərgəsində şahmat sayəsində sağ qalan yəhudi yazıçı - Efraim Kişon kimdir?

12:30 23 avqust 2026
Sovet ideoloji terrorunun qurbanı - Əli Nazim kim idi?

Sovet ideoloji terrorunun qurbanı - Əli Nazim kim idi?

10:30 23 avqust 2026
Ensiklopedik materiallarla zəngin tədqiqat əsəri - "Boradigah tarixi qaynaqlarda"

Ensiklopedik materiallarla zəngin tədqiqat əsəri - "Boradigah tarixi qaynaqlarda"

18:00 22 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər