Beynəlxalq Xalça Forumu 2026: Qeydiyyat başladı!

Beynəlxalq Xalça Forumu 2026: Qeydiyyat başladı!
15 aprel 2026
# 16:48

“Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə mayın 1-dən 3-dək keçiriləcək Beynəlxalq Xalça Festivalına hazırlıq işləri davam edir.

Kulis.az xəbər verir ki, festival mayın 1-də Bakı Biznes Mərkəzində “Xalça sənayesi: dəyərin yaradılması, brendinq və dünya bazarına inteqrasiya. Mədəni irsdən rəqabətədavamlı qlobal məhsula doğru” mövzusuna həsr olunmuş Beynəlxalq Xalça Forumu ilə fəaliyyətə başlayacaq.

Forum xalça sənayesinin aparıcı beynəlxalq ekspertlərini, dizaynerlərini, istehsalçı və tədqiqatçılarını, habelə ixracatçı və yaradıcı sənaye nümayəndələrini bir araya gətirəcək.

Qeyd edək ki, aprelin 14-dən etibarən festivalın rəsmi saytında Forumda dinləyici qismində iştirak etmək istəyənlər üçün qeydiyyat prosesinə start verilib. Maraqlananlar https://bakucarpetfest.az/2026/forum/ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Forum üçün nəzərdə tutulan dinləyici yerlərinin məhdud olduğunu diqqətinizə çatdırırıq.

İkinci dəfə təşkil olunacaq Beynəlxalq Xalça Forumu əllə toxunan xalçaların ənənəvi irsdən qlobal rəqabətədavamlı məhsula çevrilməsi yolunda mühüm platformadır. Tədbir nəzəriyyədən daha çox, real biznes təcrübələrinə və uğurlu beynəlxalq nümunələrə fokuslanır.

Builki Forumun əsas hədəf və istiqamətləri aşağıdakılardır:

Mədəniyyətdən Biznesə Keçid: Forum xalçanı sadəcə muzey eksponatı və ya qədim sənət nümunəsi kimi deyil, qlobal bazarda satıla bilən yüksək kommersiya dəyərli məhsul kimi təqdim edir;

Müasir Dizayn Tələbi: Əsas yanaşma ondan ibarətdir ki, xalçanın keyfiyyəti qədər, onun müasir interyerlərə uyğunluğu və dizayn innovasiyaları da beynəlxalq uğur üçün həlledicidir;

Hekayənin Gücü (Storytelling): Müasir marketinq tələblərinə əsasən, alıcıya sadəcə məhsul deyil, həm də o xalçanın arxasındakı mədəniyyəti, toxucunun əməyini və hər bir naxışın mistik mənası çatdırılmalıdır;

Praktiki Təcrübə: Nəzəri mühazirələr əvəzinə, dünya bazarında uğur qazanmış xarici şirkətlərin və dizaynerlərin real satış və ixrac modelləri nümunə kimi nümayiş olunur.

Beynəlxalq Muzeylər Şurasının (ICOM) vitse-prezidenti və BƏƏ üzrə ICOM-un sədri Nasir Al Darmaki, Meksikadan tədqiqatçı alim, akademik və icmaya əsaslanan davamlı inkişaf üzrə mütəxəssis professor Maria Del Carmen Avendano Rito, İtaliyadan kolleksiyaçı, restavrator, qədim xalçaların elmi tədqiqatı sahəsində dünya səviyyəli mütəxəssis Luca Emilio Brancati, Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) Baş katibi Fahri Solak, “Kyrgyz Handmade”in icraçı direktoru Dinara Asanbayeva, Mərakeş Turizm, Sənətkarlıq və Sosial İqtisadiyyat Nazirliyinə tabe “Maison de l’Artisann”ın (Sənətkar Evi) baş direktoru Tarik Sadiq və digər qonaqlar Forumda çıxış edəcəklər. Bu forum xalçaçılıq sektorunun iqtisadi potensialını artırmaq məqsədilə həm dizaynerlər, həm də istehsalçılar üçün praktik yol xəritəsi təqdim etməyi hədəfləyir.

# 481 dəfə oxunub

Oxşar xəbərlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
"Təvazökarlığın olmaması ağıl çatışmazlığıdır..."- İngilis şairdən deyimlər

"Təvazökarlığın olmaması ağıl çatışmazlığıdır..."- İngilis şairdən deyimlər

14:00 30 may 2026
"Lord" titulu aldı, casusluq etdi, 1400 rəsm çəkdi... - Məşhur rəssam haqqında maraqlı faktlar

"Lord" titulu aldı, casusluq etdi, 1400 rəsm çəkdi... - Məşhur rəssam haqqında maraqlı faktlar

13:00 30 may 2026
"Hər bir qadın inandığı məqsəd uğrunda həyatını verir..." - Janna Darkdan sitatlar

"Hər bir qadın inandığı məqsəd uğrunda həyatını verir..." - Janna Darkdan sitatlar

12:10 30 may 2026
"İştə Səttarxan, baxız..." - Səhhət Sabirin İran mövzusunda şeirləri haqqında  nə yazmışdı?

"İştə Səttarxan, baxız..." - Səhhət Sabirin İran mövzusunda şeirləri haqqında nə yazmışdı?

11:00 30 may 2026
"İnsan yüksək təhsilli olmaya bilər, amma mədəniyyətli olmalıdır" - Sənətşünas və rəssamla müsahibə

"İnsan yüksək təhsilli olmaya bilər, amma mədəniyyətli olmalıdır" - Sənətşünas və rəssamla müsahibə

10:30 30 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər