Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi
8 fevral 2023
# 12:00

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi.

Kulis.az xəbər verir ki, Türkiyənin cənub-şərqində baş vermiş şiddətli zəlzələlərlə əlaqədar ölkədə elan olunmuş ümummilli matəm səbəbilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında üzv və müşahidəçi dövlətlərin bayraqları yarıya endirilib.

Bununla Fond tərəfindən təşkilatın qurucu üzv ölkəsi Türkiyə Respublikasına və qardaş türk xalqına həmrəylik mesajı verilib.

Qeyd edilməlidir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu hadisənin meydana gəldiyi ilk saatlardan etibarən bəyanat yaymışdır.
Bəyanatda deyilir: “Can Türkiyəmizdə, episentri Kahramanmaraş şəhərində yerləşən güclü zəlzələnin baş verməsi xəbərini böyük sarsıntı ilə qarşıladıq.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu kədərli gündə Türkiyənin yanında olduğunu bildirir, fəlakət nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa diləyir.

Fond dağıntılar altında qalan vətəndaşların sağ-salamat xilas edilməsini arzulayır, lazımi dəstəyi göstərməyə hər zaman hazır olduğunu bildirir.

Dualarımız qardaş və bacılarımızladır...”

# 2763 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər