Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın Polşadakı Səfirliyi Varşava Beynəlxalq Kitab Sərgisində

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın Polşadakı Səfirliyi Varşava Beynəlxalq Kitab Sərgisində
1 iyun 2023
# 17:10

Cari ilin 25-28 may tarixində Polşa Respublikasında Varşava Beynəlxalq Kitab Sərgisi keçirilib.

Kulis.az xəbər verir ki, Sərgidə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın Polşadakı Səfirliyi ilə birgə iştirak edib.

Kitab sərgisində Türk dünyasının dövlətçiliyi, tarixi, mədəni irsi, incəsənəti, ədəbiyyatı ilə bağlı Fondun üzv və müşahidəçi ölkələrinin dillərində – Azərbaycan, qazax, qırğız, türk, özbək, macar – eyni zamanda ingilis, rus, polyak, ərəb, alman, italyan və digər dillərdə olan 500-ə qədər kitab, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nəşrləri, eləcə də Azərbaycanın Polşadakı Səfirliyi tərəfindən təqdim olunan kitablar iştirakçılara nümayiş etdirilib.

Sərhilənən kitablar arasında 2023-cü il “Heydər Əliyev İli” elan edilməsi çərçivəsində Türk dünyasının böyük oğlu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş nəşrlər, həmçinin Türk dünyasının qürur mənbəyinə çevrilmiş tarixi Qarabağ Zəfərinə aid kitablar, habelə Türk dünyasının görkəmli fikir adamları Nizami Gəncəvi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Süleyman Çələbi, Yunus Əmrə, Abay Kunanbayev, Toktakul Satılkanov, Muxtar Auvezov, Məhdimqulu Fəraqi, Çingiz Aytmatov və digər yazıçı və şairlərin əsərləri yer alıb.

Beynəlxalq Türk Mədəniyyəti irsi Fondunun əməkdaşları Fərid Hüseynov və Ləman Ağagülova bir sıra Avropa ölkələri, o cümlədən İspaniya, Rumıniya, Polşanın nəşriyyat və qurumları ilə görüşlərdə təşkilatın Türk dünyasının mədəniyyətinin, irsinin beynəlxalq miqyasda təbliği və tanıdılması istiqamətində gördüyü işlər barədə geniş məlumat vermiş, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Fond və Səfirliyin birgə stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd olunmalıdır ki, Beynəlxalq Varşava Kitab Sərgisi Avropada ənənəvi olaraq keçirilən və hər il yüz minlərlə oxucunun maraq göstərdiyi ən nüfuzlu kitab sərgilərindən biridir. Bu il sərgidə yerli nəşriyyatlarla yanaşı, 14 əcnəbi ölkə təşkilatları iştirak edib. Ümumən 500-dən çox iştirakçının qatıldığı sərgi Varşava Mədəniyyət və Elm Sarayında baş tutub. Ukraynanın Fəxri qonaq statusunda təmsil olunduğu sərgiyə İtaliya, Norveç, İspaniya, Fransa, Slovakiya, İslandiya, Avstriya, Çin, Hindistan, Cənubi Koreya, Tayvan və digər ölkələr qatılıb.

1000-dən artıq yazar, tərcüməçi və naşirin iştirak etdiyi kitab sərgisində əsasən tanınmış müəlliflərin imza günləri, oxu saatları, ədəbi müzakirələr və konsert proqramları olmaqla 4 gün ərzində 270-dən artıq tədbir təşkil olunub.

# 2645 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər