Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirildi

Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirildi
7 dekabr 2024
# 21:57

"Huma quşu" Təhsilə Yardım Fondu Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirib.

Kulis.az xəbər verir ki, “Huma quşu: xeyirxahlıq və cəsarət bələdçisi" adlı tədbirdə Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, diplomatik korpus nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən ali və orta məktəblərin — ADA Universiteti, Slavyan Universiteti, UNEC, ADPU, Xəzər Universiteti, Avropa Litseyi və digərləri rəhbərləri, professor-müəllim heyəti, “Azercell” şirkəti, fondun dəstəyi ilə ali və ixtisas təhsilini davam etdirən qazilər, magistr və tələbələr, fondun dostları, təəssübkeşləri və media təmsilçiləri iştirak ediblər.

Tədbir rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıq, xatirə fotosunun çəkilişi ilə başlayıb.

Tədbirdə çıxış edən Huma Quşu Fondunun prezidenti Şəhla Vəzirova fondun yaranma tarixindən bəhs edib, məqsədlər və missiyalarını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Fondun yarandığın gündən indiyə qədər gördüyü işlər barədə söhbət açan Şəhla Vəzirova gələcəkdə nəzərdə tutulan layihələr, təqaüd proqramları haqqında məlumat verib. O, bilet və rəsmlərin satışından əldə edilən vəsaitin 25 faizinin "Huma quşu"nun ianə fonduna köçürüləcəyini və aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilinə yönləndiriləcəyi bildirilib. Şəhla Vəzirova çıxışının sonunda tədbirin təşkilatçılarına və tamaşaçılara minnətdarlığını bildirib.

Tədbir caz ustası Salman Qəmbərov və “Bakustic Jazz” qrupunun, eləcə də, xüsusi qonaqlar İlhamə Qasımova və Rövşən Qəhrəmanovun konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Fond Humay Quliyevanın xatirəsini və onun üçün vacib olan xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik, cəsarət və başqa dəyərləri yaşatmaq məqsədilə yaradılıb. İki illik fəaliyyət dövrü ərzində Fond sayı 7-ə çatmış proqram çərçivəsində 30-a yaxın qazi və tələbənin təhsilinə dəstək verib. Fondun fəaliyyəti hesabatlılıq və şəffaflıq məqsədilə veb-səhifə, Facebook, Instaqram, Linkedin, Youtube kanalları, online ianə hesabatı, Fondun veb-səhifəsi, e-mail və sms göndərişlərlə təmin olunub.

# 2080 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər