“Beş manatlıq gəlin” komediyasının premyerası oldu

“Beş manatlıq gəlin” komediyasının premyerası oldu
18 dekabr 2021
# 10:00

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) retro komediyasının premyerası olub.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, 112-ci mövsümünü yaşayan qocaman teatrın bu tamaşası rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda təqdim edilib.

Süjet xəttində məişət mövzusunu əks etdirən, gözlənilməz və komik vəziyyətlərlə xoş ovqat yaradan, lakin dərin məna çalarlarına malik olan səhnə əsəri 1940-cı ildən 1994-cü ilə qədər müxtəlif rejissorların quruluşunda Akademik Musiqili Teatrının səhnəsində dəfələrlə göstərilib və teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb.

Yeni quruluşu ilə əvvəlkilərdən çox fərqlənən bu tamaşada Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Nadir Xasıyev, İqrar Salamov aktyorlar Möylə Mirzəliyev, Elxan İsmayılov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Nigar Qarayeva çıxış ediblər.

Orkestr, xor və balet artistlərinin də iştirak etdiyi duzlu-məzəli tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.

Qeyd edək ki, premyerası 2020-ci ildə Milli Teatr Gününə planlaşdırılan bu səhnə əsəri pandemiya səbəbindən təxirə salınmışdı.

# 3714 dəfə oxunub

Oxşar xəbərlər

"Prada" brendindən yeni sərgi - NASA-nın Ay missiyasının skafandrı nümayiş olunur

"Prada" brendindən yeni sərgi - NASA-nın Ay missiyasının skafandrı nümayiş olunur

15:37 12 noyabr 2026
İspaniyalı repçi Ginnesin Rekordlar Kitabına düşdü - Sərbəst üslublu deyişmə üzrə

İspaniyalı repçi Ginnesin Rekordlar Kitabına düşdü - Sərbəst üslublu deyişmə üzrə

14:04 12 noyabr 2026
Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

13:04 12 noyabr 2026
Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

12:53 12 noyabr 2026
Məşhur komediyaçı azyaşlılara qarşı cinsi istismarda təqsirləndirildi

Məşhur komediyaçı azyaşlılara qarşı cinsi istismarda təqsirləndirildi

12:03 12 noyabr 2026
Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

11:33 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər