Bayağılığa təslim olmaq, yoxsa qarşı çıxmaq?

Bayağılığa təslim olmaq, yoxsa qarşı çıxmaq?
28 mart 2025
# 10:00

Kulis.az Tanrıverdi Əliyevin "Bayağılığa təslim olmaq yoxsa qarşı çıxmaq?" adlı yazısını təqdim edir.

Ahmet Hamdi Tanpınar XX əsr Türk ədəbiyyatı kitabında maraqlı bir məsələyə toxunaraq qeyd edir ki, hər bir sənət tipi müəyyən şəxslərin, cəmiyyətin və mədəniyyətin daxilində doğulub, inkişaf edir və çökür. Köhnənin çökməsi yeniliyi gətirdi, yoxsa yeninin gəlməsi köhnəni çökdürdü?

Qeyd edir ki, başqa bir yeni mədəniyyətə qarşı köhnə mədəniyyət ya zelotist, ya da herodanist formada reaksiya verir. Zelotizm başqa mədəniyyətin təsirindən qorunmaq üçün öz yerinə çəkilmək, herodainizm isə həmin mədəniyyətin maddi və mənəvi silahlarını istifadə etməyi öyrənmək deməkdir. Ədəbiyyatşünasa görə köhnəni birbaşa inkar etmək qeyri-mümkündür, bu müəyyən vaxt aralığında olur. Bunun üçün də köhnə mədəniyyətin çöküşündən faydalanmaq lazımdır. Əsərdə bir sual verir ki, bir şeyin pik həddi çöküşün başlanğıcıdırmı, yoxsa çöşün başlanğıcı onun son həddidir?

Bu sualın cavabını elə XXI əsrdə açıq-aşkar şəkildə əldə etmək olar.

1990-cı illərdə SSRi və onub kommunist blokunun dağılması ilə yeni-yeni müstəqil dövlətlər yarandı və bu dövlətlər Avropayaa inteqrasiya edərək postmodernizm və populyar mədəniyyətlə tanış oldular. Azərbaycan musiqisində Vaqif Gərayzadə öndərliyində yeni janrlarda musiqilər bəstələndi, pop musiqisi Azərbaycana gəldi, poeziyada sərbəst şeirə meyillənmə müşahidə edilərək ədəbiyyatda 90-lar nəsli öz yerini təp-təzə 2000-lər nəslinə verdi. Bu nəsil klassik poeziya və nəsrin sərhəddlərini keçərək modernizm və postmodernizmə meyilləndilər. Bu hərəkat eyni ilə Türkiyə, Rusiya və digər ölkələrdə də özünü göstərdi. Türkiyədə yeni nəsil pop musiqiləri, İkinci Yeniçi poeziyanın davamı olan şeir nümunələri özünü göstərdi. Həmçinin Rusiyada da elə oldu. 2000-lərin başlarında Dünyada baş verən iqdisadi dəyişiklik insanlığa müsbət formada təsir göstərdi. İtalyanlar liradan, fransızlar frankdan, almanlar isə markadan qurtularaq avro valyutasını istifadə etdilər. Bu dəyişiklik Türkiyədə milyar liranın YTL (bu günkü türk lirəsi) ilə , Azərbaycanda da köhnə manatın (Şirvan və Məmmədin) yeni Azərbaycan manatı ilə dəyişməsində özünü göstərdi.

2003-2010-cu illər arası postsovet ölkələrdə və dünyada pop mədəniyyəti geniş formada inkişaf etməyə başladı. 2009-cu ilin Avroviziya müsabiqəsi bu mədəniyyətin ən pik illərinin kuliminasiya nöqtəsi oldu. Aleksandr Rıbak, Arəş və Aysel, Hadisə və digər müğənnilərin Avropa göstərdiyi performansı müqayisə etmək belə çətin idi. 2010-2015 arası populyar mədəniyyət incəsənət, ədəbiyyat, din, elm və.s sahələri əhatə etməyə başladı. Hətta, bir yaxın dostum deyirdi ki, "qardaş, o dövrdə təkcə mədəniyyət, ədəbiyyat və elmlə yanaşı futbol da super idi. El Classico gələndə hamını həyəcan təri basırdı. O vaxtı ispanlar dünya futboluna böyük töhvələr verdi, özləri də çempion oldular.

Süni intellektin fundamentinin yüksəldilməsi, metamodernizm üstündə çalışmalar, Azərbaycanda AFU-nun, Darul-Hikmətin, AYO, ÇƏM və.s kimi təşkilatların yaradılması, ilk Book kafelərin açılmasını, musiqidə Dostlar qrupunun, Türkiyədən Mustafa Cecelinin, Mustafa Sandalın,Tarkanın və.s sənətçilərin dinlənilməsini buna nümunə vermək olar. Ancaq bu hadisələrin hamısı populyar mədəniyyətin həm ən pik həddi, həm də çöküşünün başlanğıcı imiş. 2014 devalvasiyasından sonra Dünyada yavaş-yavaş çöküşə doğru gedən Populyar mədəniyyət 2020-ci il COVİD-19 virusunun yayılması ilə tamamilə dağıldı. 2015-2020-ci illər arası artıq dünyəvi bayağılaşmanın inkişafı illəri idi. 2020-də isə artıq geniş formada bayağılıq yayıldı. Tanpınar köhnə ilə yeni mədəniyyətin bir-biri ilə mübarizəsindən bəhs etmişdi, ancaq biz yeni mədəniyyətlə bayağılığın mübarizəsində bayağılığın qalib gəldiyini gördük. Azərbaycanda toy biznesi sayəsində Damlaların, Vəfaların, Şəbnəmlərin, Balaəlilərin yetişməsi və bu insanların mədəniyyət (irfan və sənət) səviyyəsinə qaldırılması ölkədə bayağı zövqün yaranmasına gətirib çıxardı. Hal-hazırda 2025-ci ildəyik, Dünya bu bayağılaşmanın əleyhinə metamodern mədəniyyət və süni intellektlə qarşı çıxır, bizdə isə əfsuslar olsun ki, hələ də bayağı dünya görüşü hökm sürür.

# 3071 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan–Özbəkistan elmi-mədəni əməkdaşlığı müzakirə edildi

Azərbaycan–Özbəkistan elmi-mədəni əməkdaşlığı müzakirə edildi

18:00 3 iyul 2026
Angela Merkelin "gizli" portreti - 28 yaşlı rəssam sabiq kanslerin sirrini açdı

Angela Merkelin "gizli" portreti - 28 yaşlı rəssam sabiq kanslerin sirrini açdı

17:56 3 iyul 2026
Deniz Göktaş həbs olundu

Deniz Göktaş həbs olundu

17:37 3 iyul 2026
“Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” - Yeni layihə

“Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” - Yeni layihə

16:10 3 iyul 2026
"İntizar dağ boyda, ümid bir tikə..." - Hədiyyə Şəfaqət

"İntizar dağ boyda, ümid bir tikə..." - Hədiyyə Şəfaqət

15:20 3 iyul 2026
"Aşıq Ələsgərin anım tədbirləri”  layihəsi çərçivəsində növbəti tədbir keçirildi

"Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

12:40 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər