“Balıqlara xütbə” filmi beynəlxalq festivalda

“Balıqlara xütbə” filmi beynəlxalq festivalda
19 yanvar 2023
# 17:35

Azərbaycanlı rejissor Hilal Baydarovun “Balıqlara xütbə” (“Sermon to the Fish”) filmi növbəti beynəlxalq festivalda iştirak edib.

Kulis.az xəbər verir ki, ekran əsəri Çində, 6-cı Pingyao Beynəlxalq Film Festivalının (Pingyao International Film Festival – PYIFF) proqramında yer alıb. Festival Çinin şimalındakı Şansi əyalətində keçirilib.

Qeyd edək ki, 2022-ci ildə istehsal olunan “Balıqlara xütbə” bir neçə festivalda uğurla nümayiş olunub. Ekran əsəri ötən ilin avqustunda 75-ci Lokarno Film Festivalında (İsveçrə) jürinin xüsusi mükafatına, noyabr ayında isə Almaniyada – 32-ci Cottbus Film Festivalında (FFC) münsiflər heyətinin fəxri mükafatına layiq görülüb.

Azərbaycan, Türkiyə, Meksika və İsveçrə kinematoqrafçılarının iştirakı ilə ərsəyə gələn filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcandır. Film müharibələrin ağrıları içində itmiş, unudulmuş ruhlar haqqında fəlsəfi nağıldır.

# 3708 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər