Bakı və Azərbaycan yepiskopu: "Azad olunan ərazilərdə dağıdılan dini məbədlərin bərpasına kömək edə bilərik"

Bakı və Azərbaycan yepiskopu:  "Azad olunan ərazilərdə dağıdılan dini məbədlərin bərpasına kömək edə bilərik"
12 sentyabr 2024
# 18:45

"Rus pravoslav kilsəsi həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Əgər lazım gələrsə, biz azad olunan ərazilərdə dağıdılan dini məbədlərin bərpasına öz köməyimizə əsirgəmərik".

APA xəbər verir ki, bunu Bakı və Azərbaycan yepiskopu Aleksiy (Smirnov) Gəncədə Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin 137 illiyi ilə bağlı tədbirdə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, heç bir müqəddəs məkan dağıdılmamalıdır: “İndi dayandigimiz bu tikili 160 ilə yaxındır ki, bu qədim torpaqdadır və yaxın zamanda Azərbaycan hökumətinin dəstəyi ilə təmir olunacaq. Bu, onu göstərir ki, Azərbaycan millətlərin inancına və dininə nə dərəcədə hörmət və həssaslıqla yanaşır. Biz yer üzündə yaşayan provaslavlar Azərbaycana minnətdarıq, dua edirik ki, uca Allah hər bir kəsə xeyir-dua versin. Biz sülh və əmin-amanlıq içində yaşayıb uşaqlarımızı böyüdə bilək və gələcəyimizin qayğısına qalaq.

Bakı Yeparxiyasının bütün kilsələri başqa inanclara hörmət edən hər kəsin üzünə açıqdır. Biz pravoslav xristianları olaraq dövlətlərin dinlərarası münasibətlərin möhkəmləndirilməsi üzrə apardığı siyasəti yüksək qiymətləndiririk".

Xatırladaq ki, qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsində qərb bölgəsində yaşayan 200-ə yaxın provaslav inanclı insan ibadət edir. Kilsə 1887-ci ildə inşa edilib və günümüzə qədər qorunub saxlanılıb.

# 2386 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

18:30 27 oktyabr 2026
Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

18:00 27 oktyabr 2026
Emin Hüseynov:  "Mədəni irs nümunələrimizi bərpa etmişik"

Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik"

17:18 27 oktyabr 2026
Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia:  Xəstələrə əziyyət verib

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib

17:00 27 oktyabr 2026
Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

16:35 27 oktyabr 2026
Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

16:30 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər