Bağça müəllimləri uşaqlara qarşı niyə aqressiv davranır?

Bağça müəllimləri uşaqlara qarşı niyə aqressiv davranır?
15 iyul 2024
# 13:35

Kulis.az İlkin Özün "Zəhər tuluğu" adlı yeni yazısını təqdim edir.

nə bu şiddət, bu cəlal?

M.A.Ərsoy

Sabunçu rayonu 310 sayılı uşaq bağçasında “tərbiyəçi”nin uşaqla zorakı, kobud, hətta qeyri-insani davranışını əks etdirən video-çarx qarşıma çıxdı. Qanım qaraldı, müqəddəs aylarda Yezidə lənət oxudum.

Son vaxtlar insanlarda kəskin aqressivləşmə müşahidə edirəm.

Havadandımı, sudandımı, nədəndi bilmirəm?

Kimə salam verirsən, borclu çıxırsan. Yolda kiməsə salam verməyə qorxuram ki, qayıdıb mənə bir qapaz ilişdirə bilər.

Görünür, haman “tərbiyəçi” Janna Dark olmağı arzu edirmiş, təsadüfən bağça müəllimi olub.

Əvvəla, xanıma biri desin ki, artıq Orta əsrlərdə yaşamırıq. İndi at minmək, qan tökmək dəb deyil.

Peşəsiylə bağlı kiçik bir xatırlatma etməyi də tərəfimcə caiz hesab edirəm:

“Tərbiyə” sözü ərəb mənşəli sözdür. Mənası “insanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına yönəlmiş məqsədyönlü və peşəkar fəaliyyət” deməkdir.

Həmçinin tərbiyənin müxtəlif növləri var:

1. Mənəvi tərbiyə

2. Siyasi tərbiyə

3. Cinsi tərbiyə

4. Hüquqi tərbiyə

5. Əmək tərbiyəsi

və s...

Bunların hər biri haqqında ayrı-ayrılıqda danışmağa həvəsim yoxdur.

Deməyim odur, hörmətli müəllim, hərdən, heç olmasa, vikipediyanı açıb ixtisasıyla bağlı bəzi terminləri, ən azı “tərbiyə” sözünün mənasını əxz etsə, pis olmaz.

Onu deyirdim axı, hər şeydən əvvəl, etika xatirinə təbiətdə heç nəyə, ələlxüsus, təhsil ocaqlarında kiməsə qarşı kobud rəftar etmək yolverilməzdir!

Min dəfə yazmışam ki, avtoritar tərbiyə üsulu keçmişdə qaldı.

Həmin “metodu” mənimsəyən müəllimlərin şagirdləri cəzalandırıb, döyüb-söyməyi Sovet dönəmindəydi...

Fəqət bir bağça müəlliminin ilin-günün bu isti vaxtında öz vəzifə borcunu kobud şəkildə pozaraq, bir uşağa əl qaldırmasına, onu təhqir etməsinə nə ad verək?!

Bu nə məsuliyyətsizlik, bu nə özbaşınalıqdır?!

Valideynlər övladlarını ona görə bağçaya qoyur ki, uşaq yeni bir şey öyrənsin, dünyagörüşü zənginləşsin, özünə təzə dostlar qazansın.

Ta övladına hansısa travmalı bir şəxs tərəfindən vəhşicəsinə rəftar edilməsini, əlbəttə, heç kəs arzu etməz.

Məsələnin acınacaqlı tərəfi ondadır ki, bir çoxları bağça müəllimliyinə ciddi peşə kimi yanaşmır.

Fəqət, şübhəsiz ki, təhsilin təməli bağçada qoyulur.

Təhsilalanlara qarşı davamlı şəkildə kobud münasibət göstərilməsi onların gələcəyini, daha doğrusu, ölkənin gələcəyini məhv etmək deməkdir.

Habelə, bu sahəni akademik yolla mənimsəyənlər, yəni ali təhsilli, diplomlu bağça müəllimlərinin sayı qənaətbəxş deyil.

Maaşının azlığındanmı, ya uşaqlarla məşğul olmağın çətinliyindənmi “Məktəbəqədər təhsil” ixtisasını bitirən şəxslər ixtisası üzrə işləməkdən boyun qaçırırlar.

Bildiyim qədəriylə, işləyənlərə də heç bir xüsusi imtiyaz verilmir ki, camaatın uşağını şil-küt eləsin və Mayakovski sayağı, diplomunu göstərib “mən bağça müəllimiyəm” desin.

Adətən, belə insanların psixoloji-nevroloji problemi, yaxud mazoxistləşməyə meyli olur.

Nəticədə isə, sosial mühitdə kəskin aqresiyya nümayiş etdirir, xüsusən, başqalarına qarşı zorakılıq tətbiq etməkdən qətiyyən çəkinmirlər.

Qərəz, Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil” ixtisasını bitirən müdavimlərə qarşı daha həssas yanaşması, onların psixoloji cəhətdən hazırlığının ciddi yoxlanılması konfliktin həllinə hesablana bilər...

# 2755 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər