Azıx mağarası haqqında kitabın Londonda təqdimatı keçirilib

Azıx mağarası haqqında kitabın Londonda təqdimatı keçirilib
12 mart 2025
# 17:45

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə London Beynəlxalq Kitab Sərgisinin açılış günündə “Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, London Beynəlxalq Kitab Sərgisinin çoxsaylı ziyarətçilərinin, Londonda Azərbaycan icmasının üzvlərinin, sahə üzrə mütəxəssislərin və tələbələrin qatıldığı tədbirdə kitabın həmmüəllifi tarix elmləri doktoru, professor Əsədulla Cəfərov qonaqlara nəşr haqqında geniş məlumat verib.

Bəşər tarixinin inkişaf mərhələlərinin araşdırılması və öyrənilməsində Azıx paleolit düşərgəsində aşkar olunan maddi mədəniyyət qalıqlarının önəmindən bəhs edib. Müəllif, həmçinin Nazirliyin dəstəyi ilə ingilis dilində yenicə nəşr olunan kitabın dünya arxeologiya elminin tədqiqatçıları üçün mühüm mənbə olduğunu qeyd edib.

Tədbir zamanı Azıx mağarasının İkinci Qarabağ müharibəsindən sonra hazırlanmış video görüntüsü və müxtəlif foto materiallar nümayiş olunub. Tədbirin sonunda “Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabı müəllifin imzası ilə qonaqlara hədiyyə edilib.

Qeyd edək ki, müxtəlif kitab mədəniyyətlərinin görüşdüyü, 60-dək ölkədən 1000-dən artıq iştirakçısı olan London Beynəlxalq Kitab Sərgisi martın 13-dək çoxsayda müzakirələr və təqdimatlarla davam edəcək.

# 2465 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər