Azərbaycanlı yazar Gürcüstan Yazıçılar Birliyinin üzvü seçildi

Azərbaycanlı yazar Gürcüstan Yazıçılar Birliyinin üzvü seçildi
15 iyun 2024
# 10:30

Azərbaycanlı şair-jurnalist, publisist Sona İsmayılova Gürcüstan Yazıçılar Birliyinin (GYB) üzvü seçilib.

Kulis.az xəbər verir ki, bununla əlaqədar iyunun 14-də Gürcüstan Yazıçılar Birliyində tədbir keçirilib.

GYB-nin həmsədri Bağatur Arabuli çıxışında S.İsmayılovanın yaradıcılığından söz açıb, onun əsərlərində vətənə, xalqa, torpağa, dostluğa bağlılıq, hörmət hisslərinin əks olduğunu qeyd edib. Arabuli bildirib ki, S.İsmayılovanın yaradıcılığında Gürcüstan dövlətinə və xalqına dost və qardaşlıq çalarları gürcü ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Gürcüstan Yazıçılar Birliyi S.İsmayılovanın əsərlərini təhlil edib, belə bir yaradıcı insanın öz sıralarında görmək istədiklərini bildiriblər.

Gürcüstan Yazıçılar Birliyi S.İsmayılovanın quruma üzv qəbul olunması barədə qərar qəbul edib.

"İnanıram ki, S.İsmayılovanın Gürcüstan Yazıçılar Birliyinə üzv qəbul edilməsi Azərbaycan-Gürcüstan ədəbi, mədəni əlaqələrinin inkişafında və daha da möhkəmlənməsində mühüm rol oynayacaq”, - deyə B.Arabuli vurğulayıb.

Sonra B.Arabuli Gürcüstan Yazıçılar Birliyinin üzvlük vəsiqəsini S.İsmayılovaya təqdim edib.

S.İsmayılova göstərilən etimada, diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Sonra GYB-nin həmsədri Maqvala Qonaşvili, tədbirdə iştirak etmək üçün Tbilisiyə gələn Özbəkistan parlamentinin deputatı Gülbahar Saidqəniyeva, Gürcüstanın Azərbaycanlı Aktiv Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva, əslən Cənubi Azərbaycandan olan yazıçı Nehir Akpolat və başqaları S.İsmayılovanın yaradıcılığından söz açıb, onu GYB-nə üzv olması münasibətilə təbrik ediblər.

Tədbir çərçivəsində S.İsmayılovanın "Şuşa mənim şah Anam" şeirlər kitabının və Nehir Akpolatın "Sirr" fantastik povestinin təqdimatı keçirilib.

Gürcüstan Yazıçılar Birliyinin və Gürcüstan Azərbaycanlı Aktiv Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycandan, Türkiyə və Özbəkistandan gələn qonaqlar, gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər./Azertac

# 1929 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion səhnələrə qayıdır

Selin Dion səhnələrə qayıdır

18:40 10 sentyabr 2026
Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

18:00 10 sentyabr 2026
Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

17:30 10 sentyabr 2026
Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

16:30 10 sentyabr 2026
Mehmet Ali Erbil infarkt keçirtdi

Mehmet Ali Erbil infarkt keçirtdi

16:00 10 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

15:41 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər