Azərbaycanlı rejissorun filmi Triest Film Festivalında

"Durna Çırağı" bədii filmi

"Durna Çırağı" bədii filmi

22 yanvar 2022
# 17:00

Azərbaycanlı rejissor Hilal Baydarovun “Durna çırağı” bədii filmi İtaliyada 33-cü Triest Film Festivalının proqramında yer alıb.

Kulis.az xəbər verir ki, yanvarın 21-dən 30-dək keçirilən festivalın məqsədi audiovizual istehsal sahəsində məlumatların yayılması, müzakirə və əməkdaşlığı təşviq etməkdir. Hilal Baydarovun filmi yanvarın 24-də nümayiş olunacaq.

“Durna çırağı” filmində hüquq təhsili olan qızla dörd qadını oğurlamaqda ittiham edilən kişi arasında münasibətdən bəhs edilir. Filmdə Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov və başqaları rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.

Qeyd edək ki, film 2021-ci ildə 34-cü Tokio Beynəlxalq Film Festivalında “İncəsənətə töhfəyə görə” xüsusi mükafata layiq görülüb.

# 3776 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər