“Azərbaycanfilm” MDB ölkələrinin pitçinqində iştirak edəcək

“Azərbaycanfilm” MDB ölkələrinin pitçinqində iştirak edəcək
18 may 2022
# 12:00

“Azərbaycanfilm" 22-23 avqustda Rusiyanın Sankt-Peterburq şəhərində ilk dəfə olaraq keçirilən MDB ölkələrinin birgə istehsalı üzrə layihələrin pitçinqində iştirak edəcək.

Bu barədə APA-ya “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Bildirilib ki, pitçinq “Lendok” kinostudiyasının 90 illik yubileyinə həsr olunmuş “MDB ölkələrinin birgə kino istehsalına dair beynəlxalq konfrans” çərçivəsində baş tutacaq. Konfransda “Özbəkfilm”, “Tacikfilm” kinokonsernləri, “Belarusfilm”, “Gürcüstanfilm”, “Qazaxfilm”, “Qırğızfilm” kinostudiyaları ilə yanaşı “Azərbaycanfilm” kinostudiyasının, habelə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin, Sankt-Peterburq Mədəniyyət Komitəsinin nümayəndələri, MDB ölkələrindən olan kino xadimlərinin iştirakı nəzərdə tutulur.

Müsabiqədə MDB ölkələrindən olan kinematoqrafçılar (fiziki və hüquqi şəxslər) iştirak edə bilərlər. Bunun üçün anket doldurmalı, həmçinin ərizə əlavə edilməlidir (sinopsis, rejissor şərhi, təqdimat və tritment). Layihənin ssenarisini əlavə etmək istəyə bağlıdır.
Müraciət ərizələri, tritmentlər və ssenarilər rus dilində qəbul olunur.
Layihələr aşağıdakı kateqoriyalar üzrə qiymətləndiriləcək:

• Tammetrajlı bədii film (xronometraj 70-90 dəqiqə)
• Onlayn platformalar üçün bədii serial
• Tammetrajlı sənədli film (xronometraj 50-90 dəqiqə)
• Animasiya filmi (animasiya serialı və ya tammetrajlı animasiya filmi)

Müraciətlər mayın 16-dan iyulun 20-dək script.moviestart.ru platforması vasitəsilə aparılır.

Müsabiqədə MDB ölkələri və Gürcüstanın kinematoqrafçılarının əsərləri və ya bu dövlətlərin ərazisində birgə istehsala cəlb olunacaq layihələr iştirak edə bilər. Layihənin “Birgə istehsal” olması üçün xarici maliyyənin (MDB ölkələri) payının büdcənin ən azı 20%-ni təşkil etməsi, habelə filmin müəlliflərinin bir hissəsinin digər ölkələrdən (MDB ölkələrindən) olması vacibdir.

Pitçinqin nəticəsinə əsasən qalib layihələrin birgə istehsalı üçün niyyət müqavilələri imzalanacaq. Pitçinq partnyorları ilə razılaşma əsasında qaliblər layihənin inkişafı, tizerin hazırlanması və ya layihənin qismən həyata keçirilməsi üçün maliyyə mükafatı da ala bilərlər.

Pitçinqin təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Sankt-Peterburqun Mədəniyyət Komitəsi, “Lendok” kinostudiyası, “Kinokultura” və “MovieStart” prodüser mərkəzidir.

Pitçinqdə iştirak ödənişsizdir.

# 2336 dəfə oxunub

Oxşar xəbərlər

Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
"Oskar"da "Ən yaxşı kastinq"  kateqoriyası üzrə təxminlər açıqlandı

"Oskar"da "Ən yaxşı kastinq" kateqoriyası üzrə təxminlər açıqlandı

11:30 9 noyabr 2026
"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

10:40 9 noyabr 2026
Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər