Azərbaycanda növbəti “Yaradıcı həftə” keçiriləcək

Azərbaycanda növbəti “Yaradıcı həftə”  keçiriləcək
30 sentyabr 2024
# 18:30

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək ölkəmizdə “Yaradıcı həftə” keçiriləcək. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində keçiriləcək tədbir mədəniyyət və yaradıcı sənayelər sahəsində yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirən təşəbbüsdür.

Kulis.az xəbər verir ki, layihənin əsas məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid bir ekosistem kimi formalaşdırılması və bu sahənin bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, eyni zamanda, sahəvi klasterləşmənin təşviq edilməsidir.

“Yaradıcı həftə”də müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, beynəlxalq və yerli təşkilatların nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklər iştirak edəcəklər.

Bu il “Baku Cinema Breeze” platforması (https://www.bakucinemabreeze.az/) çərçivəsində XV Bakı Beynəlxalq Film Festivalı, VIII "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalı, VII "ANİMAFİLM" Beynəlxalq Animasiya Festivalı, “Alove" Animatorların Akselerasiyası və Türk Animasiyası Festivalı kimi tədbirlər baş tutacaq. Bundan əlavə, Azərbaycanda ilk dəfə Şərq və Mərkəzi Asiya ölkələrinin film marketi də təşkil ediləcək.

Artıq 10-cu dəfə keçiriləcək Bakı Beynəlxalq Kitab Sərgisi (https://bakubookfair.az/az/main) isə ziyarətçilərə istehlakçılarla ünsiyyət qurmaq, rəqəmsal əsrdə ölkəmizdə kitab biznesinin necə inkişaf etdirilməsi ilə bağlı yerli və beynəlxalq təcrübə və ideyaları bölüşmək üçün ideal platformadır.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə 2023-cü ildə keçirilən “Yaradıcı həftə” çərçivəsində 5000-dən artıq iştirakçı olmaqla ümumilikdə 20-yə yaxın tədbir təşkil edilib. Tədbirlərə ümumilikdə 50-yə yaxın biznes subyekti, 80-dək xarici ölkə nümayəndəsi, 100-ə qədər spiker qatılıb.

# 2026 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış fotoqraf "Fotoqrafiyaya fövqəladə töhfə"  mükafatına layiq görüləcək

Tanınmış fotoqraf "Fotoqrafiyaya fövqəladə töhfə" mükafatına layiq görüləcək

11:40 5 noyabr 2026
Yağış duası - Emel Sayın səhnədə niyə ağlamışdı?

Yağış duası - Emel Sayın səhnədə niyə ağlamışdı?

11:20 5 noyabr 2026
Ceyms Bond  roluna yeni namizəd  ortaya çıxdı

Ceyms Bond roluna yeni namizəd ortaya çıxdı

10:52 5 noyabr 2026
Məşhur aktrisa dünyasını dəyişdi

Məşhur aktrisa dünyasını dəyişdi

10:30 5 noyabr 2026
İtaliya kinosunun ən qalmaqallı rejissoru vəfat etdi

İtaliya kinosunun ən qalmaqallı rejissoru vəfat etdi

10:14 5 noyabr 2026
Türkiyədəki  batmış gəmi qalığı Ginnesin Rekordlar Kitabında

Türkiyədəki batmış gəmi qalığı Ginnesin Rekordlar Kitabında

10:10 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər