Azərbaycan Vaxtanqov teatr menecerləri festivalında təmsil olunacaq

Azərbaycan Vaxtanqov teatr menecerləri festivalında təmsil olunacaq
29 aprel 2024
# 18:20

Azərbaycan iyunun 1-dən 5-dək Bişkekdə keçiriləcək “VFTM-Qırğızıstan - 2024” Vaxtanqov Teatr Menecerləri Festivalının 1-ci beynəlxalq sessiyasında təmsil olunacaq.

Kulis.az xəbər verir ki, Bişkekdə keçiriləcək tədbirdə postsovet ölkələrinin aparıcı menecerləri və mədəniyyət qurumlarının rəhbərləri iştirak edəcək. Artıq bir çox iştirakçıların qeyd etdiyi kimi, Vaxtanqov festivalı təkcə çox sayda müsbət emosiya və yeni biliklər əldə etmək yox, həm də həmkarlarla görüşlər, yeni fikirlərdən ilhamlanmaq deməkdir. Beynəlxalq sessiya çərçivəsində marketinq və menecment sahəsində ən yaxşı təcrübələrin mübadiləsi aparılacaq. Tədbir zamanı yaradıcı əlaqələr və beynəlxalq əməkdaşlıq, qastrol və festival hərəkatının təşkili müzakirə olunacaq.

Beynəlxalq sessiyada ölkəmizi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi İlham Məmmədov təmsil edəcək. O, “MDB ölkələrinin teatr idarəçiliyi” mövzusu çərçivəsində çıxış edəcək.

Tədbir zamanı teatr sənayesinin ən yaxşı mütəxəssisləri öz peşəkar biliklərini bir-biri ilə bölüşməklə yanaşı, həm də uzunmüddətli möhkəm dostluq və tərəfdaşlıq əlaqələri yarada biləcəklər.

Forum zamanı praktiki laboratoriyalar keçiriləcək, bütün iştirakçılar beynəlxalq sessiyanın son günündə öz layihələrini təqdim edə və teatr sənayesinin tanınmış liderlərindən rəy ala biləcəklər.

Beynəlxalq sessiyada şəxsən iştirak edə bilməyənlər üçün onlayn yayımlar təşkil olunacaq.

“VFTM-Qırğızıstan-2024” festivalının iştirakçısı olmaq üçün aprelin 30-dək https://vftmfest.ru/kyrgyzstan saytında qeydiyyatdan keçmək lazımdır.

Qeyd edək ki, Vaxtanqov Teatr Menecerləri Festivalı (VFTM) öz meydançasında Rusiyanın 600-ə yaxın səhnə sənəti menecerini (Rusiya Federasiyasının 60-a yaxın regionu), MDB dövlətləri və xarici ölkələrin rusdilli menecerlərini, teatr və bu sahədə layihələrin rəhbərlərini, inkişaf şöbələrinin başçılarını, PR menecerləri, müstəqil prodüserləri və digərlərini birləşdirən yeganə irimiqyaslı tədris forumudur və 2019-cu ildən bəri il yarımdan bir keçirilir).

# 2266 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər