Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada nümayiş olundu

Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada nümayiş olundu
10 iyul 2026
# 17:15

Kanadanın Ontario əyalətinin Vaughan şəhərində“Turkuaz Türk Multikultural Festivalı” keçirilib.

Kulis.az xəbər verir ki, Kanada Multikulturalizm Gününə həsr olunan festivalda Türk dünyasının zəngin mədəni irsi bir araya gətirilib, minlərlə ziyarətçiyə rəngarəng proqram təqdim edilib.

Tədbirdə türk xalqlarının mədəniyyətini təmsil edən 40-dan çox stenddə milli mətbəx nümunələri, əl işləri sərgiləri, mədəni təqdimatlar, uşaqlar üçün əyləncə proqramları böyük maraqla qarşılanıb. Azərbaycan, Türkiyə, Özbəkistan və Gürcüstanı, eləcə də uyğur, tatar, başqırd kimi icmaları təmsil edən 25-dən artıq peşəkar musiqi və rəqs kollektivi Türk dünyasının zəngin mədəni müxtəlifliyini və ortaq irsini nümayiş etdirib.

Tədbirdə qurulan Azərbaycan stendi ziyarətçilərin xüsusi marağına səbəb olub. Burada qonaqlara Azərbaycanın tarixi abidələri, milli rəqsləri, mədəni dəyərləri və zəngin irsi haqqında geniş məlumat verilib.

Ümumilikdə mindən artıq iştirakçının qatıldığı festivalda Kanadadakı Azərbaycan Evi, Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblı, Hamilton Azərbaycan İcması və Azərbaycanlı Qadınlara Dəstək Mərkəzi ölkəmizin zəngin mədəni irsini nümayiş etdirib. Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin çıxışları izləyicilərə xoş və yaddaqalan anlar yaşadıb.

# 376 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış mədəniyyət xadimi vəfat etdi

Tanınmış mədəniyyət xadimi vəfat etdi

12:50 25 avqust 2026
Məşhur rejissor yeni layihə ilə ekranlara qayıdır

Məşhur rejissor yeni layihə ilə ekranlara qayıdır

12:30 25 avqust 2026
Prezident İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi

12:17 25 avqust 2026
Səhnəmizin unudulmaz Vəfası - Anası Hökumə Qurbanova ona niyə mane olmuşdu?

Səhnəmizin unudulmaz Vəfası - Anası Hökumə Qurbanova ona niyə mane olmuşdu?

12:00 25 avqust 2026
Bu gün Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi  keçiriləcək

Bu gün Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçiriləcək

10:15 25 avqust 2026
Ortaq türk dilinə gedən yol, tərcüməçisiz ünsiyyət: Nadir Yalçının şərhində - Video

Ortaq türk dilinə gedən yol, tərcüməçisiz ünsiyyət: Nadir Yalçının şərhində - Video

16:10 24 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər