Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş sərgi açıldı

Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş sərgi açıldı
1 avqust 2024
# 15:13

Azərbaycan Milli Kitabxanasında Kitabxananın, Səbail Rayon İcra Hakimiyyətinin və “Azərbaycan gənclərinin inkişaf hərəkatı” ictimai birliyinin birgə təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova ana dilimizin milli müstəqilliyin, suverenliyin, Azərbaycan ideologiyasının əsaslarından biri olduğunu söyləyib. O, Azərbaycan əlifbasının tarixin müxtəlif dövrlərində müəyyən səbəblərdən bir neçə dəfə dəyişikliyə məruz qaldığını, bu gözəl günün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini bildirib.

Ədibə İsmayılova bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək zirvəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Leyli Mirzəyeva Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açmasının məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.

“Azərbaycan gənclərinin inkişaf hərəkatı” ictimai birliyinin sədri Miri Mirəliyev və sədr müavini Nazənin Əlicanlı çıxış edərək Azərbaycan dilinin qorunmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərindən, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində dilin önəmindən bəhs edib, dilin təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyəti olduğunu vurğulayıblar.

Tədbirin davamında ictimai birliyin nümayəndələri Cəmilə Məmmədova Bəxtiyar Vahabzadənin “Ana dili” və Nihad Qurbanov isə Xəlil Rza Ulutürkün “Ana dilim” şeirlərini səsləndiriblər.

Sonda Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı virtual sərginin təqdimatı olub.

Milli Kitabxananın əməkdaşı Lalə Ağayeva virtual sərgidə mövzu ilə əlaqədar Azərbaycanın görkəmli şəxslərinin fikirləri, sərəncamlar və fərmanlar, kitablar nümayiş olunduğunu vurğulayıb.

Virtual sərgi ilə ətraflı tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ana_dili_gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə Azərbaycan dilinin tarixindən, dövlətimiz tərəfindən dilimizə göstərilən qayğıdan bəhs edən Azərbaycan və digər dillərdə ədəbiyyatlar nümayiş olunur.

# 2040 dəfə oxunub

Oxşar xəbərlər

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
Bu gün Nobel mükafatına layiq görülən Enn Karson kimdir?

Bu gün Nobel mükafatına layiq görülən Enn Karson kimdir?

15:24 8 oktyabr 2026
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

15:02 8 oktyabr 2026
Dərdin hüceyrə yaddaşı və şəfalanma fəlsəfəsi – Bədənin səninlə  necə  danışır?

Dərdin hüceyrə yaddaşı və şəfalanma fəlsəfəsi – Bədənin səninlə necə danışır?

15:00 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər