Azad Qaradərəlinin yeni kitabı çap olundu

Azad Qaradərəlinin yeni kitabı çap olundu
8 iyul 2024
# 16:15

Yazıçı Azad Qaradərəlinin əsərlərinin beşinci cildi çapdan çıxıb.

Kulis.az xəbər verir ki, külliyyatın bu cildinə bir roman və bir neçə hekayə daxil edilib.

“Cülyettanın sağ döşünə toxunmaq” sevgi romanıdır. Bütün zamanlarda var olan sevginin ölmüş olduğunu düşünənlər bu əsəri oxusalar, yanıldıqlarına əmin olacaqlar. Bir çoban qızı ilə kolxoz sədri oğlunun nakam məhəbbəti əsərin baş mövzusudur. Valehin ailəsi, qohum-əqrabası onun sevgisinə qarşıdır. Bu bəs deyilmiş kimi, bütün rayon, az qala bütün Respublika onları ayırmaqda israrlıdır. Kor tale də sevənlərə qarşı çıxır – artıq evlənən və bir uşaqları da olan bu cütlük, qəzaya düşür. Valeh 17 il komada qalır... Bu illər ərzində nələr olur, nələr olmur!..

Əsərdə şimşək kimi çaxıb sönən bir obraz da var – yazıçı Rafiq Tağı və onun qətli əsərdə özəl bir şəkildə təsvir olunub.

Roman “Yazı” dərgisində hissə-hissə yayımlanmışdı. Kitab halında ilk dəfə çap olunur.

“Yuxarıda kim var?” uzun hekayəsi isə 90-cı illərin təlatümlü günlərindən bəhs edir. Əsər Səməd Behrəngi və Eldar Baxışın xatirələrinə həsr olunub.

Kitabın sonunda barıt qoxulu hekayələr və müəllifin nəzəri düşüncələrini əks etdirən “Yazıçı taleyi və yazıçı mühiti haqqında bir neçə söz” adlı esse də verilib.

Qanun nəşriyyatında işıq üzü görən kitabın redaktorları Sevinc Elsevər və Mübariz Örən, tərtibçiləri isə Vaqif Osmanlı və Türkan Azadqızıdır.

# 2087 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər