"Ayrılmasın, bilək ki, heç kim yeməyəcək” - Məşhur aktyor kinoya ayrılan pullardan yazdı

"Ayrılmasın, bilək ki, heç kim yeməyəcək” - Məşhur aktyor kinoya ayrılan pullardan yazdı
13 noyabr 2025
# 13:19

Aktyor Kamran Ağabalayev sosial şəbəkə hesabında Azərbaycanda kino sahəsinə ayrılan dövlət vəsaitlərinin səmərəsizliyindən yazıb.

Kulis.az-ın məlumatına görə, o, bildirib ki, illərlə filmlərə ayrılan milyonlarla manat büdcə “kino inkişafı” adı ilə xərclənməsinə baxmayaraq, nəticədə, həm tamaşaçı marağı azalıb, həm də yadda qalan filmlər yaranmayıb:

"İllər boyu filmlərə dövlət pul ayırdı... Amma ortaya nə çıxdı? Milyonlarla manat büdcə vəsaiti “kino inkişafı” adı ilə xərcləndi, amma nə tamaşaçı qaldı, nə də yadda qalan filmlər. Bizim kinomuz sanki xalqdan uzaq düşdü, ekranda nə özümüzü, nə də həyatımızı görürük. Əgər illərlə ayrılan bu qədər puldan sonra nəticə yoxdursa, indi dövlət niyə yenə kinoya pul ayırsın? Əgər sistem eyni qalacaqsa, nəticə də dəyişməyəcək. Kino sadəcə maliyyə layihəsi deyil, bir millətin mədəni güzgüsüdür".

Aktyor vurğulayıb ki, kino yalnız maliyyə layihəsi deyil, həm də bir millətin mədəni güzgüsüdür:

"Pul rejissorun azad düşüncəsinə, gənc yaradıcı insanların səsinə, ssenarilərə getməlidir, yoxsa kabinetlərdə “hesabat filmlərinə” çevriləcək. Əsl kino azadlıqla yaranır. Dürüst, cəsarətli və xalqla danışan kino olmasa, nə qədər pul xərcləsək də, boşdur.

Vallah, ayrılmasın, ayrılmasın, bilək ayrılmadı və heç kim yeməyəcək”.

# 1920 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər