"Ayaz Salayevin rus dilindən başqa heç nəyi yoxdur" - Şərif Ağayar

"Ayaz Salayevin rus dilindən başqa heç nəyi yoxdur" - Şərif Ağayar
13 mart 2025
# 18:47

"Rus dilini, rus dili mövzusunu Ayaz Salayevin əlindən al, iynə dəymiş şar kimi partalayacaq".

Kulis.az xəbər verir ki, bu sözləri yazıçı Şərif Ağayar rejissor Ayaz Salayev haqqında deyib.

"Ayaz Salayevi çox yaxşı başa düşürəm, adamın rus dilindən başqa heç nəyi yoxdur. Ciddi film: Yox. Ciddi ssenari: Yox. Ciddi bir dərslik kitabı: Yox. Müasir kino haqda bilgiləri: Yox. Camaatın inqilab elədiyi yaşda apardığı verilişin də adı "Retro" idi. İndiyə retro qalar, manıs? Netflix əsrindəyik e... Əlində ortabab bir planşet gir internetə hər saat üçün ayrıca bir "Retro" verilişi tap. Həm də sovet efirindən qat-qat üstün, qat-qat keyfiyyətli, qat-qat azad, qat-qat səmimi.Filmlər haqqında nəinki sənədli, hətta bədii filmlər çəkilir. Ən dəhşətlisi, Ayaz müəllimin kino təəssübkeşliyi, səmimi sənət sevgisi də yoxdur ki, ona sığınıb təskinlik tapsın. O, Andrey Tarkovski, Pazolini, Paracanov kimi fədakar şəxsiyyətlər yetirən kino sənəti ilə ləyaqətli münasibətini Əli Həsənovun fitvası ilə Rüstəm İbrahimbəyovdan 30-cu illər donosu yazanda itirdi. İndi o yalnız iki şeyi bacarır: yaxşı yemək yemək və boş-boş danışmaq. Xülasə, rus dilini, rus dili mövzusunu Ayaz Salayevin əlindən al, iynə dəymiş şar kimi partalayacaq və yerdə yaxşı qoxu gəlməyən havadan başqa heç nə qalmayacaq".

Qeyd edək ki, Ayaz Salayev Kulis.az-a müsahibəsində "Mənim birinci dilim rus dilidir" demişdi.

# 5325 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:20 11 noyabr 2026
Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər